Ərdəbildən olan millət vəkili mənsub olduğu bölgədə bir neçə kəndə şəhər statusu verilməsini tələb edib

 

Güney Azərbaycanın Ərdəbil, Nir, Nəmin və Səreynin ölkə arlamentindəki millət vəkili ölkədə inzibati ərazi bölgüsü ilə bağlı qanunun icra edilməməsinə etiraz edərək Ərdəbil əyalətində bir neçə kəndə şəhər statusu verilməsini tələb edib. Rza Kərimi noyabrın 22-də parlamentdə etdiyi çıxışı zamanı bu məsələyə toxunub.
O bu barədə daxili işlər nazirinə xitabən deyib: “İnzibati ərazi bölgüsü və bu barədə olan qanunun icra edilməməsi ilə bağlı daxili işlər naziri məsuliyyət daşıyır. Bəzi kəndlərin bir məntəqədən digər məntəqəyə ilhaq edilməsi məsələsi müəyyən çətinliklər yaradır. Məhz bu səbəbdən Nir şəhərinin qərbi Yurdçu Qəsəbəsinin 20 kəndi bir çox problemlə üz-üzə qalıb.”

Türk millət vəkili təmsil etdiyi əyalətdə əhalisinin tutumuna  görə bir neçə kəndə şəhər statusunun verilməməsindən şikayətlənib.

“Ərdəbilin Süməreyn və Səreynin Səbəlan (Savalan) məntəqələrinə şəhər statusunun verilməsi hər cəhətdən qanuna uyğundur, lakin hələ də onlara bu status verilməyib. Mənim fikrimcə, hətta Nəminin “Niyarəq suha” və Hur kəndləri, həmçinin kiçik və böyük Arallu və Xəyarək kəndləri də şəhər olmaq üçün bütün şəraitə malikdir, onlara şəhər statusu verilməlidir”- deyə R.Kərimi vurğulayıb.

Ərdəbilin millət vəkili sözlərinin sonda başqa bir önəmli məsələyə də toxunub. “Ərdəbil, Nir, Nəmin və Səreynin 100 min hektarlıq düzü su qıtlığı ilə üz-üzədir. Bu barədə ciddi tədbirlər alınmalıdır”- deyə o təkidlə vurğulayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

10:32