Ərdəbildə “Dil və Kimlik” seminarı

 

Güney Azərbaycanın Ərdəbil vilayətində fəaliyyət göstərən “Meşginşəhr Kimlik Dərnəyi” 21 fevral Dünya Ana Dili Günü münasibəti ilə “Dil və Kimlik” adlı bir seminar keçirəcək
 

Fevralın 20-də keçirilən tədbir haqqında Meşginşəhrdə (Xiyav) fəaliyyət edən “Elsəs” və “Səfir” internet portalları məlumat yayıb. Seminarın koordinator Məhəmməd Cəfərinin bildirdiyinə görə, “Dil və Kimlik” tədbiri türk dilində yazan şairlər və ədəbiyyatçılar, həmçinin musiqi sənətçilərinin iştirakı ilə keçirilir. “Meşginşəhr Kimlik Dərnəyi” əsasən sənət və idman sahəsində fəaliyyət göstərən bir qurumdur. Türk fəalların idarə etdiyi “Öyrənci Səsi” veb səhifəsinin yazdığına görə, dərnək Xiyav şəhərində fəaliyyət göstərir. Eyni zamanda Türkiyə və Quzey Azərbaycanla ilgili ortaq ədəbi, kültür və tarixi qonular adına təbliğat aparır.

YUNESCO 1999-cu ildə “21 fevral Beynəlxalq Ana Dili Günü” elan etdikdən bir neçə il sonra Güney Azərbaycanda, eləcə də Tehran kimi vilayətlərdə yaşayan bütün Türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar. Son 10 ildə Güney Azərbaycan və Tehranda “Dünya Ana Dili Günü” tədbirlərinə qatılan yüzlərlə Türk fəalı mollakratiya rejimi tərəfindən daim təqib edilmiş, hətta zindanlara atılmışdır. Ancaq, bütün basqılara   baxmayaraq, Güney Azərbaycan Milli Hərəkatı daim bu prosesləri inkişaf etdirmək yolu ilə getmişdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Ərdəbil Bürosu”

 

08:33