Ərəbistan ,Türkiyə ,İsrail Münhendə Tehran mollakratiya rejimini hədəfə aldılar

 

2017 ci il fevralın 19-da dünyada sabitliyin qorunub saxlanılması üçün bir ısra ölkələrin rəhbərləri və hökumət başçılarının iştirakı ilə Almaniyanın Münhen şəhərində keçirilən BMT Təhlükəsizlik Şurasının 53-cü konfransı baş tutub. İsrail,Türkiyə və Səudiyyə Ərəbistanı nimayəndələri İran mollakratiya rejimini hədəf alaraq bölgədə təhlükəsizlik məsləslələri ilə bağlı görüş keçiriblər.

ABŞ pezidenti Donald Trampla son görüşündə region məsələlərini müzakirə etdiyini bildirən İsrailin müdafiə naziri Tehran rejiminə qarşı sərt bəyanatlar səsləndirərək deyib ki, Vaşinqtonla Tel-Əvivin bir sıra regional təhükələrlə bağlı nəzəri və mövqeyi üst-üstə düşür: “Bu gün, Orta Doğunun üz-üzə qaldığı ən önəmli problem İrandır. İrandır və yenə də İrandır. Orta Doğunun əsas problemlərindən biri İranın nüvə proqramı və Tehran rejiminin nüvə silahı sənayesini genişləndirməsidir. Bütün Orta Doğu bölgəsinə öz silah-sursatını göndərməsidir. İran, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşır. Quzey Kore ilə raket istehsalı sahəsində əməkdaşlıq edir. Bundan başqa, İranın ötən il buraxdığı raketlərin üzərində ivrit dilində “İsrail yer üzündən silinməlidir” şüarı yazılıb. Bu isə beynəlxalq qanunlara qarşı zidd addımdır. İran bölgədəki ərəb ölkələrinin daxili işlərinə qarışır. Özəlliklə də Səudiyyə Ərəbistanını təhdid edir, onun sabitliyini təhlükə ilə üz-üzə qoyur. İranın əsas hədəfi isə, regionda radikal və ekstremist qüvvələrə dəstək verməklə Səudiyyə Ərəbistanını və onun regional mövqeyini zəiflətməkdir. Bu gün Orta Doğuda əsas ixtilaf, müsəlmanlarla yəhudilərin bir-biri ilə ziddiyyəti deyil, mötədillərlə ekstremistlər arasındakı ixtilafdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, regionda mötədil siyasət yürüdən ərəb ölkələri İranın bölgədəki ambisiyalarından ehtiyatlı olmalı, bütün təhdidlərin qarşısını almaq üçün İsraillə birləşməlidirlər”.

İsrailin ardından Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cüber konfransda çıxış edərək Irana qarşı sərt bəyanatlar səsləndirib. Adil əl Cebeyr bildirib ki, hazırda Orta Doğuda yaşanan böhranların çoxu İrandan qaynaqlanır: “İran dünyada terrorizmin ən böyük himayədarıdır. Bu ölkənin Ana Yasasının bir hissəsi islam inqilabının dünyaya ixracına həsr edilib. Bu ölkənin rəsmiləri vətəndaş hüquqlarına inanmır və dünyanın müxtəlif yerlərində yaşayan şiələrdən öz hökumətlərinə yox, məhz İrana tabe olmalarını istəyir. Tehran rejimi beləcə digər ölkələrin daxili işlərinə qarışır, beynəlxalq qanunlara hörmətlə yanaşmırlar. Onlar xarici səfirliklərə hücum çəkir, digər ölkələrdə terrorçu dəstələr yaradaraq onlara dəstək verirlər”.
Orta Doğuda bütün hökumətlərin dəyişdirilməsini istəyən İran, bu günə kimi sünni məzhəbli İŞİD və “Əl-Qaidə” kimi terrorçu qrupların hücumuna məruz qalmayıb. Bu isə müxtəlif suallara səbəb olur. Çünki “Əl-Qaidə” rəhbərlərinin çoxu Səudiyyə Ərəbistanı ərazisində terrorçu əməliyyatlar həyata keçirdikdən sonra məhz İrana qaçaraq bu ölkəyə sığınıblar.
İran qonşuları ilə münasibətdə yeni səhifənin açılmasından danışır. Lakin biz mövcud vəziyyətə göz yuma bilmərik. Axı biz, məhvimizi istəyən bir ölkə ilə necə əlaqə saxlaya bilərik. Elə buna görə də, mövcud durum dəyişməsə, bizim İranla əlaqə qurmağımız çətin məsələdir. Bizim üçün önəm daşıyan məsələ, İran rəsmilərinin danışığı deyil, onların rəftarıdır. İran “nüvə başlıqlı” silah-sursat və ballistik raketlər göndərir. Dünya birliyi bu rəftarına görə İrana qarşı təzyiqi gücləndirməli, onları öz rəftarlarını dəyişməyə vadar etməlidir. İranı başa salmaq lazımdır ki, son 25 ildə regionda etdikləri qəbul edilməzdir.Bu gün İran bölgədəki mövcud problemlərin bir hissəsidir. Bu ölkə, Yəməndə mövcud olan dini ekstremistlərə silah-sursat və hərbi müşavirlərin göndərilməsi işini dayandırmalı, Suriyadakı dağıdıcı roluna və əməllərinə son qoymalıdır”.
ABŞ vitse-prezidenti Mayk Penslə və Türkiyənin baş naziri Binəli Yıldırım arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iran haqında görüş baş tutub. Pens Binəli Yıldırımla “Tərəflər İranın regionda stabilliyi pozmasına yol verməməyə dair razılığa gəliblər. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizədə birgə addımların gücləndirilməsi yollarını müzakirə ediblər”, – deyə Ağ Evin məlumatında bildirilir.

Yayilan məlumata görə, görüşdə İŞİD-lə mübarizə və İrana dair məsələlər müzakirə olunub. Pens və Yıldırım terrorizmin bütün formaları ilə mübarizə aparmağa hazır olduqlarını bildiriblər. Bundan başqa, vitse-prezident, NATO üzrə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Türkiyə qarşısında Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri təsdiqləyərək, Ankaranın İŞİD-ə qarşı mübarizəyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

53-cü Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə dini sektaçılığı yaymaqda günahlandırıb. Çavuşoğlu bildirib ki, Türkiyə region ölkələrinin sabitliyinə qarşı yönələn hər hansı sektaçılığın yayılmasına qarşıdır: “Təəssüflər olsun ki, İranın bölgədə yürütdüyü siyasət, körfəz ətrafında olan bir çox region ölkələrinin, özəlliklə də Səudiyyə Ərəbistanı ilə Bəhreynin daxili sabitliyini pozur. İran İraqı və Suriyanı iki şiə ölkəsinə çevirməyə çalışır. Bu çox təhlükəli addımdır. Hesab edirəm ki, regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün İranı bu ambissiyalarından əl çəkməyə təşviq etməliyik”.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

13:13