Ərbil Beynəlxalq Hava limanı ilə bağlı qadağaların müddəti uzadıldı

İraq hökuməti kürd muxtariyyətinin nəzarətindəki Ərbil Beynəlxalq Hava limanı ilə bağlı qadağaların müddətini daha iki ay uzadıb.

Xudaferin.eu-nun məlumatına görə, qərarda qeyd olunur ki, gələn il fevral ayının 28-nə qədər xarici şirkətlərə məxsus təyyarələrin Ərbil hava limanından istifadə etməsi qadağandır. Lakin humanitar yardımların daşınması, fövqəladə vəziyyət və digər məcburi hallarda laynerlər Ərbilə eniş edə bilər.

Qeyd edək ki, Bağdad, müstəqilliklə bağlı qanunsuz referendum keçirdiyinə görə Ərbilə qarşı qadağalar tətbiq edib.

Xudaferin.eu

17:55