Ərəbdilli KİV-lərdə azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə məqalələr dərc olunub
Ərəbdilli KİV-lər Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məqalələr yaymaqda davam edir.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan dövlətinin Ermənistan tərəfindən Qarabağda basdırılmış yüz minlərlə minanı zərərsizləşdirmək və işğaldan azad edilmiş rayonları dirçəltmək məqsədilə strateji plan həyata keçirdiyi bildirilir.
Qeyd olunur ki, Ermənistan minalanmış sahələrin xəritələrini təqdim edənədək Azərbaycan 44 min kvadratmetrə yaxın ərazini təmizləyib.
Vurğulanır ki, tərkibinə Misirin “əl-Əxbar” qəzetinin müxbirinin də daxil olduğu xarici jurnalistlər Cəbrayıl rayonunda minatəmizləmə əməliyyatını müşahidə ediblər.
Minatəmizləmə briqadalarının rəhbəri Əflatun Rzaquliyev jurnalistlərə müsahibəsində deyib ki, azad olunmuş əraziləri minalardan qısa vaxtda təmizləmək, Azərbaycanın şərq hissəsi ilə cənub qərbindəki rayonları birləşdirəcək dəmir yolu xəttinin tikintisinə başlamaq üçün var qüvvələri ilə çalışırlar.
Yazılarda diqqətə çatdırılır ki, Ermənistan yalnız üç rayonda basdırdığı mina xəritələrini təqdim edib, bu isə ümumilikdə 300 minə yaxın mina deməkdir.

Xudaferin.eu
23:27
Digər xəbərlər