Rauf Kamil: “Vətəndən kənarda Vətəni sevmək hissi daha güclü olur...”
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızla yanaşı, oradakı iş adamlarımızın da xoş sorağı gəlir. Onlar da Azərbaycanımızın təbliği istiqamətində mühüm işlər görürlər. Vətənimizdən uzaqda öz fəallığı ilə tanınan iş adamlarından biri də Avstriyanın Vyana şəhərində yaşayan və çalışan “KAMİL R. KG” şirkətinin rəhbəri Rauf Kamildir. Onu yaxından tanıyanlardan Rauf Kamilin haqqında dəfələrlə xoş sözlər eşitmişdim. Jurnalist marağım üstün gəldiyi üçün ona suallar ünvanladım. O da öz növbəsində sözümü yerə salmayıb, suallarımı məmnuniyyətlə cavablandırdı. - Azərbaycandan kənarda fəaliyyət göstərməyiniz hansı zərurətdən irəli gəldi?
- Ruhən mən çox romantik adamam. Bir yerdə oturmaqdan çox sıxılıram. Ömrüm boyu gəzmək, görmək istəmişəm. Hələ keçmiş sovetlər dövründə demək olar ki, bütün birliyi səyahət etmişdim. Daha sonra qazandığım təcrübədən istifadə edib, mədəniyyəti və dili ilə maraqlandığım almandilli bir ölkəyə gəlmək istəyirdim. Bunun üçün də Alp dağlarının gözəl güşəsi olan Avstriya mənim seçimim oldu və bundan heç də peşman deyiləm. Bu ölkədə insanların rahatlığı, yüksək mədəniyyəti, təmizliyi məni valeh edir. Ona görə də məmnuniyyətlə burada öz iş fəaliyyətimi davam etdirirəm. - Bəs burada nə vaxtdan fəaliyyət göstərirsiniz? Bundan əvvəl Azərbaycanda nə işlə məşğul idiniz?
- “KAMİLL R. KG” şirkəti 1999-cu ildən yaranıb. Mən qısa bir müddətdə alman dilini öyrənərək şərabçılıq üzrə kurs bitirdim və müvafiq lisenziya aldım. Bu iş üzrə bütün biliklərimi neçə illərin təcrübəsi ilə artırdım. Mən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakultəsini bitirmişəm. Bir müddət Bakı şəhərində orta məktəblərdən birində tarix müəllimi işləmişəm. Hərdən insan özunə bir məqsəd seçir, tale isə ona başqasını qismət edir. Amma olub keçənlərdən, bundan heç də peşman deyiləm. Aldığım savad qərib bir ölkədə mənə tez bir zamanda inteqrasiya olunmağa və adaptasiya şəraitinə uyğunlaşmağıma çox kömək etdi.
- Orada Azərbaycanı tanıtmaq və bizim mədəniyyətimizi təbliğ etmək yönündə hansı işləri görürsünüz?
– Biz harada yaşasaq da yenə azərbaycanlı olaraq qalırıq. Ən böyük təəssürat Novruz Bayramı zamanı qonşularımıza şəkərbura, paxlava, boyanmış yumurta və digər bayram payımızı verəndə onları kənardan seyr etmək adama ləzzət edir. Biz də öz növbəmizdə məmnuniyyətlə xalqımızın gözəl adətlərini avstriyalılara izah edirik. Bundan əlavə, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil edilən bayram axşamlarına, konsertlərimizə, teatr tamaşalarına bizə yaxın olan avstriyalıları dəvət edir və onlarda xalqımız haqqında daha yaxın təəssüratlar yaradırıq. - Oradakı çoxmillətli cəmiyyət Azərbaycan həqiqətlərindən xəbərdardırmı? Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı həqiqətləri haqqında insanların təsərrüvündə anlayışları varmıi? Azərbaycanlıların bu istiqamətdə fəallığı hiss olunurmu?
– Bu işlərdə Azərbaycanın Avstriyadakı səfirliyinin və Azərbaycan Kültür Cəmiyyətinin rolunu xüsusi qeyd etmək lazımdır. Hər il Xocalı faciəsi ilə əlaqədar Vyananın mərkəzi küçələrində nümayişlər təşkil və küçə yürüşləri təşkil olunur, plakatlarla bu faciənin və problemin səbəbləri yerli əhaliyə çatdırılır. Bundan əlavə qeyd etmək istəyirəm ki, Vyanada təhsil alan tələbələrimiz öz kurs yoldaşları ilə bu nümayişlərdə iştirak edirlər. - Orada yaşayan azərbaycanlıların Mədəniyyət Mərkəzində bir araya gəlməsi üçün hansı tədbirlər həyata keçirilir? Soydaşdaşlarımızın vətənpərvərliyi və fəallığı nə dərəcədə hiss olunur?
- Yuxarıda qeyd etdiyim kimi, demək olar ki, hər ay Vyanada “Azərbaycan Mədəniyyət Mərkəzi”ndə müxtəlif tədbirlər, yubileylər, sərgilər keçirilir. Bundan əlavə səfirlik tərəfindən milli bayramlarımızla bağlı tədbirlər keçirilir. Ümumiyyətlə, Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, mənəvi dəyərlərinin təbliğ olunması istiqamətində silsilə tədbirlər təşkil edilir. Onu da deyə bilərəm ki, ailəvi dostluqlar, xeyir və şər mərasimləri hamını bir araya gətirir. - Bir iş adamı kimi xeyriyyə işləri ilə məşğul olduğunuz haqda da çox deyilir...
- Bu, bir az qeyri-təvəzökarlıq olar, amma onu deyə bilərəm ki, hərdən bizim tələbələr öz aralarında xalqımızı və milli yeməklərimizi tanıtmaq istəyəndə mənə müraciət edirlər. Masaların bəzədilməsini mən öz üzərimə götürürəm. Avstriyalılar xeyriyyə işlərinə çox pul xərcləyir. Vətənimizi tanıtmaq naminə mən də öz əlimdən gələni əsirgəmirəm. - Vətəndən uzaqlarda özünüz və ailəniz buradakı həyatdan usanmırsınızmı?
- Özüm haqda nə deyə bilərəm? Mənim 56 yaşım var. Bu ölkənin qanunları çərçivəsində öz şirkətimi yaratmışam və şirkətimin işləri ilə məşğul oluram. İşdən sonra vaxtımı səmərəli keçirirəm. Boş vaxtlarımda idmanın qaçış növü və velosiped sürməklə məşğul oluram. Vətəndən kənarda Vətəni sevmək hissi daha güclü olur. Vətənimi və ailəmi çox sevirəm. Qərib yerdə bütün sevgimi onlara həsr etmişəm. Övladlarımın tərbiyəsində və böyüməsində ömür–gün yoldaşımın əvəzsiz xidməti vardır. Buna görə mən onun qarşısında baş əyirəm. Ən çətin anlarda əl-ələ verib, bütün problemlərimizi həll etmişik. Böyük iftixar hissi ilə deməliyəm ki, azərbaycanlı adına layiq övladlar böyütmüşük.
Qızım Səbinə Vyana Texniki Universitetinin memarlıq fakultəsində oxuyur və bu sahədə artıq bir sıra uğurlara nail olub. Bu ilin may ayında AZƏRTAC-ın müxbiri onun haqqında məqalə yazıb və qızımın uğurları mətbuatda geniş işıqlandırılıb. Məqalədə qeyd olunub ki, Vyanada təhsil alan gənc azərbaycanlı tələbənin layihəsi Vyana Beynəlxalq Mərkəzinin 2016-cı il üzrə memarlıq müsabiqəsində yer tutdu. Vyana Texniki Universitetinin memarlıq fakültəsində şəhərsalma ixtisası üzrə təhsil alan Səbinə Kamilin hazırladığı və BMT–nin Avstriya paytaxtındakı bölməsinin yerləşdiyi Vyana Beynəlxalq Mərkəzinin önünü təbii enerji resurslarından səmərəli istifadə edilməklə abadlaşdırılmasını nəzərdə tutan layihə qurumun müvafiq münsiflər heyəti tərəfindən üçüncü yerə layiq görülüb. Müsabiqədə Avstriyanın Memarlıq ixtsası üzrə tədris olunan bütün ali məktəblərindən 100-dək layihə iştirak edib. Onlardan yalnız 14 layihə müsabiqənin yekun mərhələsində iştirak hüququ əldə edib. Gənc azərbaycanlı memar isə öz qeyri-adi layihəsi ilə münsiflər heyətinin marağını cəlb edib. Maket və layihələr iyun ayında BMT-nin Vyana bölməsinin yerləşdiyi binanın əsas girişində nümayiş olunmuşdur. Məqalədə qeyd olunurdu ki, hazırda Səbinə Kamil dünya memarlığının incilərindən olan Heydər Əliyev Mərkəzinin üçölçülü (3D) formatı üzərində işləyir. Yaxın zamanlarda Vyana Texniki Universitetində dünyanın tanınmış memarlıq obyektlərinin 3D formatında layihələrinin təqdimatı keçiriləcək.
Oğlum Rəfael Vyana Universitetinin hüqüq fakultəsində oxuyur və ekstremal idman növləri ilə məşğuldur. Onlarla marafon və triatlon yarışlarından medallar qazanmışdır. İndi isə may ayında Bakıda keçiriləcək marafon yarışlarına hazırlaşır. Övladlarımın uğurları məni sevindirir və rahat işləməyə, öz işlərimdə uğurlar qazanmağa sövq edir. Yuxarıda qeyd etdiyim kimi, mən müəssisə rəhbəriyəm və çox yüksək keyfiyyətli məhsul istehsal edirik. Son iki ildə müxtəlif dünya sərgilərində (Danimarkada, İngiltərədə, Almaniyada) 8 qızıl medal qazanmışıq. Vətənimə həsr etdiyim məhsullarla - "BAKU" və "AZERBAİJAN" brendləri ilə böyük uğurlar qazanmışıq. Onu da qeyd edim ki, sonuncu-Londonda keçirilən sərgidə Avstriyadan yeganə qızıl medal alan mən idim. Bu medalı mənə "BAKU" brendinə görə vermişdilər. Avstriyanın mərkəzi televiziyasinda-ORF proqramında, ən çox oxunan “KURİER”, “NÖN” qəzetlərində dərc olunan məqalələrdə ailəm və mənim haqqında geniş məlumat verilmişdir.
Ömür-gün yoldaşım Sara isə Cambridge Universitetini bitirib. Hal-hazırda şirkətimizdə çalışır. Müəssisənin fəaliyyəti ilə bağlı sənədlərin toplanması və tərtibatı işlərini yerinə yetirir.
–Azərbaycana deyəcəyiniz bir sözünüz varmı?
–İstər vətəndə, istərsə də hansısa qürbət eldə yaşamaq problem deyil. Əsas məsələ Vətənə bağlı olmaqdır. Bizim xalqın nə qədər iradəli olduğunu çox yaxşı bilirəm. Ona görə də soydaşlarıma üz tutaraq deyirəm ki, iradəli olun. Öz milli kimliyinizi qorumağı bacarın. Qürur duymaq lazımdır ki, artıq Azərbaycan ötən iki yüz ilin məmləkəti deyil. Bu gün dövlət müstəqilliyimizin 25 ili tamam olur. Yaşadığım Avstriya ona görə güclü və inkişaf etmiş ölkədir ki, öz müstəqilliyi uğrunda tarixin ən ağır keşməkeşlərindən keçərək bu günlərə gəlib çatıb. Bizim də bir dövlət olaraq problemlərimiz vardır. Qarabağ boyda yaramızı inanıram ki, zamanla həll edəcəyik. Bax o zaman dünyanın ən qürurlu xalqı olaraq, daha da inkişaf edəcəyik. Bizim xalqın genetik yaddaşı, çalışmaq enerjisi başqa xalqlardan heç də geri qalmır. Milli iradə və dövlət olma düzənini uzlaşdırmaqla bütün problemlərimizi birlikdə həll etməklə daha böyük uğurlara sahib çıxa bilərik. İllər boyu əldə etdiyim təcrübənin sayəsində bu yöndə tarixçi kimi bir kitab da yazmaq istəyirəm. Avropada xalqları hansı milli iradə əsasında öz dövlətlərini necə qurması, yüzillərlə davam edən savaşlar, çətinlikləri dəf edərək güclü bir dövlət olmanın fəlsəfəsi məni çox maraqlandırır. İnanıram ki, Azərbaycan xalqı məhz bu uğurları əldə edə biləcək bir gücdədir.
Rauf Kamil: “Vətəndən kənarda Vətəni sevmək hissi daha güclü olur...”
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızla yanaşı, oradakı iş adamlarımızın da xoş sorağı gəlir. Onlar da Azərbaycanımızın təbliği istiqamətində mühüm işlər görürlər. Vətənimizdən uzaqda öz fəallığı ilə tanınan iş adamlarından biri də Avstriyanın Vyana şəhərində yaşayan və çalışan “KAMİL R. KG” şirkətinin rəhbəri Rauf Kamildir. Onu yaxından tanıyanlardan Rauf Kamilin haqqında dəfələrlə xoş sözlər eşitmişdim. Jurnalist marağım üstün gəldiyi üçün ona suallar ünvanladım. O da öz növbəsində sözümü yerə salmayıb, suallarımı məmnuniyyətlə cavablandırdı.
- Azərbaycandan kənarda fəaliyyət göstərməyiniz hansı zərurətdən irəli gəldi?
- Ruhən mən çox romantik adamam. Bir yerdə oturmaqdan çox sıxılıram. Ömrüm boyu gəzmək, görmək istəmişəm. Hələ keçmiş sovetlər dövründə demək olar ki, bütün birliyi səyahət etmişdim. Daha sonra qazandığım təcrübədən istifadə edib, mədəniyyəti və dili ilə maraqlandığım almandilli bir ölkəyə gəlmək istəyirdim. Bunun üçün də Alp dağlarının gözəl güşəsi olan Avstriya mənim seçimim oldu və bundan heç də peşman deyiləm. Bu ölkədə insanların rahatlığı, yüksək mədəniyyəti, təmizliyi məni valeh edir. Ona görə də məmnuniyyətlə burada öz iş fəaliyyətimi davam etdirirəm.
- Bəs burada nə vaxtdan fəaliyyət göstərirsiniz? Bundan əvvəl Azərbaycanda nə işlə məşğul idiniz?
- “KAMİLL R. KG” şirkəti 1999-cu ildən yaranıb. Mən qısa bir müddətdə alman dilini öyrənərək şərabçılıq üzrə kurs bitirdim və müvafiq lisenziya aldım. Bu iş üzrə bütün biliklərimi neçə illərin təcrübəsi ilə artırdım. Mən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakultəsini bitirmişəm. Bir müddət Bakı şəhərində orta məktəblərdən birində tarix müəllimi işləmişəm. Hərdən insan özunə bir məqsəd seçir, tale isə ona başqasını qismət edir. Amma olub keçənlərdən, bundan heç də peşman deyiləm. Aldığım savad qərib bir ölkədə mənə tez bir zamanda inteqrasiya olunmağa və adaptasiya şəraitinə uyğunlaşmağıma çox kömək etdi.
- Orada Azərbaycanı tanıtmaq və bizim mədəniyyətimizi təbliğ etmək yönündə hansı işləri görürsünüz?
– Biz harada yaşasaq da yenə azərbaycanlı olaraq qalırıq. Ən böyük təəssürat Novruz Bayramı zamanı qonşularımıza şəkərbura, paxlava, boyanmış yumurta və digər bayram payımızı verəndə onları kənardan seyr etmək adama ləzzət edir. Biz də öz növbəmizdə məmnuniyyətlə xalqımızın gözəl adətlərini avstriyalılara izah edirik. Bundan əlavə, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil edilən bayram axşamlarına, konsertlərimizə, teatr tamaşalarına bizə yaxın olan avstriyalıları dəvət edir və onlarda xalqımız haqqında daha yaxın təəssüratlar yaradırıq.
- Oradakı çoxmillətli cəmiyyət Azərbaycan həqiqətlərindən xəbərdardırmı? Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı həqiqətləri haqqında insanların təsərrüvündə anlayışları varmıi? Azərbaycanlıların bu istiqamətdə fəallığı hiss olunurmu?
– Bu işlərdə Azərbaycanın Avstriyadakı səfirliyinin və Azərbaycan Kültür Cəmiyyətinin rolunu xüsusi qeyd etmək lazımdır. Hər il Xocalı faciəsi ilə əlaqədar Vyananın mərkəzi küçələrində nümayişlər təşkil və küçə yürüşləri təşkil olunur, plakatlarla bu faciənin və problemin səbəbləri yerli əhaliyə çatdırılır. Bundan əlavə qeyd etmək istəyirəm ki, Vyanada təhsil alan tələbələrimiz öz kurs yoldaşları ilə bu nümayişlərdə iştirak edirlər.
- Orada yaşayan azərbaycanlıların Mədəniyyət Mərkəzində bir araya gəlməsi üçün hansı tədbirlər həyata keçirilir? Soydaşdaşlarımızın vətənpərvərliyi və fəallığı nə dərəcədə hiss olunur?
- Yuxarıda qeyd etdiyim kimi, demək olar ki, hər ay Vyanada “Azərbaycan Mədəniyyət Mərkəzi”ndə müxtəlif tədbirlər, yubileylər, sərgilər keçirilir. Bundan əlavə səfirlik tərəfindən milli bayramlarımızla bağlı tədbirlər keçirilir. Ümumiyyətlə, Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, mənəvi dəyərlərinin təbliğ olunması istiqamətində silsilə tədbirlər təşkil edilir. Onu da deyə bilərəm ki, ailəvi dostluqlar, xeyir və şər mərasimləri hamını bir araya gətirir.
- Bir iş adamı kimi xeyriyyə işləri ilə məşğul olduğunuz haqda da çox deyilir...
- Bu, bir az qeyri-təvəzökarlıq olar, amma onu deyə bilərəm ki, hərdən bizim tələbələr öz aralarında xalqımızı və milli yeməklərimizi tanıtmaq istəyəndə mənə müraciət edirlər. Masaların bəzədilməsini mən öz üzərimə götürürəm. Avstriyalılar xeyriyyə işlərinə çox pul xərcləyir. Vətənimizi tanıtmaq naminə mən də öz əlimdən gələni əsirgəmirəm.
- Vətəndən uzaqlarda özünüz və ailəniz buradakı həyatdan usanmırsınızmı?
- Özüm haqda nə deyə bilərəm? Mənim 56 yaşım var. Bu ölkənin qanunları çərçivəsində öz şirkətimi yaratmışam və şirkətimin işləri ilə məşğul oluram. İşdən sonra vaxtımı səmərəli keçirirəm. Boş vaxtlarımda idmanın qaçış növü və velosiped sürməklə məşğul oluram. Vətəndən kənarda Vətəni sevmək hissi daha güclü olur. Vətənimi və ailəmi çox sevirəm. Qərib yerdə bütün sevgimi onlara həsr etmişəm. Övladlarımın tərbiyəsində və böyüməsində ömür–gün yoldaşımın əvəzsiz xidməti vardır. Buna görə mən onun qarşısında baş əyirəm. Ən çətin anlarda əl-ələ verib, bütün problemlərimizi həll etmişik. Böyük iftixar hissi ilə deməliyəm ki, azərbaycanlı adına layiq övladlar böyütmüşük.
Qızım Səbinə Vyana Texniki Universitetinin memarlıq fakultəsində oxuyur və bu sahədə artıq bir sıra uğurlara nail olub. Bu ilin may ayında AZƏRTAC-ın müxbiri onun haqqında məqalə yazıb və qızımın uğurları mətbuatda geniş işıqlandırılıb. Məqalədə qeyd olunub ki, Vyanada təhsil alan gənc azərbaycanlı tələbənin layihəsi Vyana Beynəlxalq Mərkəzinin 2016-cı il üzrə memarlıq müsabiqəsində yer tutdu. Vyana Texniki Universitetinin memarlıq fakültəsində şəhərsalma ixtisası üzrə təhsil alan Səbinə Kamilin hazırladığı və BMT–nin Avstriya paytaxtındakı bölməsinin yerləşdiyi Vyana Beynəlxalq Mərkəzinin önünü təbii enerji resurslarından səmərəli istifadə edilməklə abadlaşdırılmasını nəzərdə tutan layihə qurumun müvafiq münsiflər heyəti tərəfindən üçüncü yerə layiq görülüb. Müsabiqədə Avstriyanın Memarlıq ixtsası üzrə tədris olunan bütün ali məktəblərindən 100-dək layihə iştirak edib. Onlardan yalnız 14 layihə müsabiqənin yekun mərhələsində iştirak hüququ əldə edib. Gənc azərbaycanlı memar isə öz qeyri-adi layihəsi ilə münsiflər heyətinin marağını cəlb edib. Maket və layihələr iyun ayında BMT-nin Vyana bölməsinin yerləşdiyi binanın əsas girişində nümayiş olunmuşdur. Məqalədə qeyd olunurdu ki, hazırda Səbinə Kamil dünya memarlığının incilərindən olan Heydər Əliyev Mərkəzinin üçölçülü (3D) formatı üzərində işləyir. Yaxın zamanlarda Vyana Texniki Universitetində dünyanın tanınmış memarlıq obyektlərinin 3D formatında layihələrinin təqdimatı keçiriləcək.
Oğlum Rəfael Vyana Universitetinin hüqüq fakultəsində oxuyur və ekstremal idman növləri ilə məşğuldur. Onlarla marafon və triatlon yarışlarından medallar qazanmışdır. İndi isə may ayında Bakıda keçiriləcək marafon yarışlarına hazırlaşır. Övladlarımın uğurları məni sevindirir və rahat işləməyə, öz işlərimdə uğurlar qazanmağa sövq edir. Yuxarıda qeyd etdiyim kimi, mən müəssisə rəhbəriyəm və çox yüksək keyfiyyətli məhsul istehsal edirik. Son iki ildə müxtəlif dünya sərgilərində (Danimarkada, İngiltərədə, Almaniyada) 8 qızıl medal qazanmışıq. Vətənimə həsr etdiyim məhsullarla - "BAKU" və "AZERBAİJAN" brendləri ilə böyük uğurlar qazanmışıq. Onu da qeyd edim ki, sonuncu-Londonda keçirilən sərgidə Avstriyadan yeganə qızıl medal alan mən idim. Bu medalı mənə "BAKU" brendinə görə vermişdilər. Avstriyanın mərkəzi televiziyasinda-ORF proqramında, ən çox oxunan “KURİER”, “NÖN” qəzetlərində dərc olunan məqalələrdə ailəm və mənim haqqında geniş məlumat verilmişdir.
Ömür-gün yoldaşım Sara isə Cambridge Universitetini bitirib. Hal-hazırda şirkətimizdə çalışır. Müəssisənin fəaliyyəti ilə bağlı sənədlərin toplanması və tərtibatı işlərini yerinə yetirir.
–Azərbaycana deyəcəyiniz bir sözünüz varmı?
–İstər vətəndə, istərsə də hansısa qürbət eldə yaşamaq problem deyil. Əsas məsələ Vətənə bağlı olmaqdır. Bizim xalqın nə qədər iradəli olduğunu çox yaxşı bilirəm. Ona görə də soydaşlarıma üz tutaraq deyirəm ki, iradəli olun. Öz milli kimliyinizi qorumağı bacarın. Qürur duymaq lazımdır ki, artıq Azərbaycan ötən iki yüz ilin məmləkəti deyil. Bu gün dövlət müstəqilliyimizin 25 ili tamam olur. Yaşadığım Avstriya ona görə güclü və inkişaf etmiş ölkədir ki, öz müstəqilliyi uğrunda tarixin ən ağır keşməkeşlərindən keçərək bu günlərə gəlib çatıb. Bizim də bir dövlət olaraq problemlərimiz vardır. Qarabağ boyda yaramızı inanıram ki, zamanla həll edəcəyik. Bax o zaman dünyanın ən qürurlu xalqı olaraq, daha da inkişaf edəcəyik. Bizim xalqın genetik yaddaşı, çalışmaq enerjisi başqa xalqlardan heç də geri qalmır. Milli iradə və dövlət olma düzənini uzlaşdırmaqla bütün problemlərimizi birlikdə həll etməklə daha böyük uğurlara sahib çıxa bilərik. İllər boyu əldə etdiyim təcrübənin sayəsində bu yöndə tarixçi kimi bir kitab da yazmaq istəyirəm. Avropada xalqları hansı milli iradə əsasında öz dövlətlərini necə qurması, yüzillərlə davam edən savaşlar, çətinlikləri dəf edərək güclü bir dövlət olmanın fəlsəfəsi məni çox maraqlandırır. İnanıram ki, Azərbaycan xalqı məhz bu uğurları əldə edə biləcək bir gücdədir.
Müsahibəni qələmə aldı: HƏZİ HƏSƏNLİ
14:23
Digər xəbərlər