Akademik Ramiz Mehdiyevin Şah İsmayıl haqqında geniş yazısı bir neçə gündür mətbuat səhifələrində və sosial şəbəkələrdə müzakirə olunur. Onun fikirləri ilə razı olanlar da var, olmayanlar da. Yazıya baxdıq. İdeoloji şüarlardan başqa yazıda heç bir tutarlı tarixi məlumata rast gəlmədik. Ramiz müəllimi başa düşmək olar. Tarix elmindən uzaq olan və ömrünün əsas hissəsini ideologiyaya həsr edən adamdan başqa heç nə gözləmək olmaz. Biz də tarixçi deyilik və Səfəvi tarixi haqqında söz söyləmək haqqımız yoxdur. Biz Ramiz Mehdiyevin məqaləsinin lap əvvəlində yazdığı bu cümlə barədə bir neçə söz demək istərdik. Ramiz Mehdiyevin məqaləsində oxuyuruq:
"Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm:
- ANA DİLİMİZİ
- VİCDANIMIZI
- VƏTƏNİMİZİ".
(Şah İsmayıl Xətai)
Səhvdir
Bu məqaləni Azərbaycan ədəbiyyatı ilə tanış olmayan bir naşının yazdığını iddia etmirik, amma səhvdir.
Niyə?
Çünki bu kəlam Əzizə Cəfərzadənin „Bakı-1501“ romanından götürülüb, amma təhrif edilib. Əzizə xanımın əsərində belə deyilir: "Sizə vəsiyyətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz - can sizin can onlar əmənəti! Şah Ísmayil ...”
Ramiz Mehdiyev üçün bu məqaləni yazan şəxs „qeyrət“lə „vicdan“ arasındakı fərqin fərqinə varmayıb. Digər tərəfdən, Şah İsmayılın adından söylənən bu sözlərin müəllifi Şah İsmayıl deyil, Əzizə xanəm Cəfərzadədir. Çünki “Bakı-1501” tarixi romandır, tarixi əsər, tarix kitabı deyildir… Haşiyə çıxıb qeyd edək ki, ”Sizə üç əmanət qoyub…” vəsiyyəti 1980-ci illərdə “Azadlıq” radiosunun dalğalarında tez-tez səsləndirilib...
Mətləbə qayıdaq
Akademik Ramiz Mehdiyevin məqaləsində ən mühüm qüsur, Əzizə Cəfərzadənin Şah İsmayılın adından yazdığı kəlamın ən maraqlı hissəsinin ixtisara salınmasıdır. “Bakı-1501” romanında “Sizə vəsiyyətim budur…” sözündən qabaq dərin mənalı və ibrətamiz bir cümlə vardır. Şah İsmayıl deyir:
“Səhvlərimi təkrar etməyin!”
Ramiz Mehdiyev Şah İsmayılın (Əzizə Cəfərzadənin) vəsiyyətinə əməl etməli idi.
Ramiz Mehdiyevin səhvi

mirzexezerinsesi.net
21:46