Ramiz Mehdiyev: Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib

Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib.

Xudaferin.eu xəbər verir ki, bunu Report-un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər.

Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, - deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.

Diaspora komitəsi ilə bağlı, şəxsən Nazim İbrahimovun fəaliyyəti ilə bağlı Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti dəfələrlə dövlət strukturlarına, onların rəhbərliyinə şikayət olunub. Komitənin keçirdiyi tədbirlərin Azərbaycana heç bir aidiyyatı yoxdur, dövlətin büdcəsi boşa xərclənir və bir dəfə də olsun Qarabağla bağlı Avropada bir fəaliyyət göstərməyib . Bu şikayət son illər ardı-arası kəsilmədən dövlətin yüksək təbəqələrinə "Azərbaycanın Dostları" Cəmiyyəti tərəfindən təqdim olunub, ancaq heç bir nəticə əldə olunmayıb. Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrindən Nazim İbrahimovun səhvlərini təkrara etməyəcəyinə və bu yöndə uğur əldə edəcəyinə ümid edir.

Xudaferin.eu

17:54