RAFİQ HÜSEYNLİYƏ…

O, Şuşada dünyaya gəlmişdi. 20 yaşında Azərbaycan Dövlət 

Televiziyasında diktor kimi fəaliyyətə başlayan andan xalqın 

sevgisini qazandı. Qarabağ hadisələrindən sonra neçə illər 

efirdən uzaq qaldı. Sənət adamı üçün bu ağır idi. Bu ağır illərdə Ona xalqın sevgisi dayaq oldu. İllərlə efirdə görünməsə də 

xalqın sevgisi azalmadı. Xalq bu sevgiylə öz sevimlisini son 

mənzilə yola saldı. Mən də həmin gün xalqın öz sənətkarına 

olan sevgisini duydum. Qarabağ dərdi, Şuşa həsrəti içinə 

hopmuşdu, ürəyinə dolmuşdu. Cismini qoruya bilmədi. Yaşaya bilmədi...

4 avqust dünyaya gəldiyi gündü. Bu il 80 yaşı   olacaqdı. 

Rafiq   Hüseynovu sevən hər baxışda, hər səsdə,

hər ürəkdə yenidən   oğulacaq...

 

 

Göylər sonsuzdu, sonsuzluqdu.

Sən göyləri qoyub getmədin,

göylərə getdin.

Hərdən günəş olub baxacaqsan,

Hərdən ulduzları sinənə taxacaqsan.

Hərdən yağış kimi yağacaqsan,

hərdən darıxacaqsan mənim kimi.

Mən də kövrək adamam,

ağlaya bilmədim amma

Sənin kimi...

İki gözüm var, hərəsində bir damla.

Gücüm yetincə gözlərimi açdım,

yox, dünyanı görməkçün yox,

damlalar düşməsin deyə,

kimsə görməsin deyə.

Biri geriyə - ürəyimə döndü .

biri gözümdə qaldı sənin kimi.

 

Kamalə    Abiyeva, şair, publisist

Xudaferin.eu

02:41