Bu gün gənclik illərimdən tanıdığım, illər keçdikcə yaradıcılığına, ziyalılığına və insanlığına olan hörmətimin daha da artdığı gözəl bir insanın - görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, yazıçı-publisist, bənzərsiz aparıcı, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor, Milli Məclis Sədrinin müavini Rafael Hüseynin doğum günüdür.
Hörmətli Rafael bəy!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisi və Azərbaycan ədəbiyyatına, elminə və mədəniyyətinə xidmət yolunda yeni-yeni uğurlar arzulayıram.
Siz yalnız zəngin elmi yaradıcılığınızla deyil, sözə, ədəbiyyata, tarixə və milli-mənəvi dəyərlərimizə münasibətinizlə də seçilən ziyalılardansınız. Sizin kimi söz adamlarının varlığı Azərbaycan ziyalılığının ən gözəl və dəyərli ənənələrinin yaşamasıdır.
Gənclik illərimdən bu günə qədər keçən uzun zaman ərzində Sizə olan hörmətim və rəğbətim heç zaman azalmayıb, əksinə, illər keçdikcə daha da möhkəmlənib.
Yeni yaşınız mübarək olsun, əziz Rafael bəy!
Qoy qələminiz daim iti, sözünüz daim qiymətli, düşüncələriniz daim işıqlı, ömrünüz isə uzun və mənalı olsun.
Sizə cansağlığı, ailə səadəti, yeni yaradıcılıq uğurları və Azərbaycan naminə gördüyünüz bütün işlərdə böyük uğurlar arzulayıram.
Doğum gününüz mübarək, əziz Rafael bəy!
Böyük hörmətlə:
Elman Mustafazade
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, "Xudafərin" (www.xudaferin.eu)
jurnalının baş redaktoru
Rafael Hüseynə – doğum günü münasibətilə

17:14
Digər xəbərlər