Qəzvin Əyalətinin Abyek şəhərində “Aşıqlar Birliyi”nin açılış mərasimi keçirilib

 

Aşıq Səlcuq Şəhbazi və digər tanınmış aşıqların iştirakı ilə Güney Azərbaycanın Qəzvin şəhərininAbyek (Oba) bölgədində “Aşıqlar Birliyi”nin (Aşiqlar Evi) aşılış mərasimi keçirilib.

Qəzvin Mədəniyyət İşləri İdarəsi bir çox manelərə baxmayaraq yaradılan “Aşıqlar Birliyi”nin fəaliyyəti üçün büdcə vəsaiti və məkan ayıracağına söz verib. “Aşıqlar Birliyi” adı ilə fəaliyyət göstərən qurumun sədri aşıq Səlcuq Şəhbazinin qatıldığı mərasimdə Qəzvin əyalətindən 3 aşıq yeni yaradılmış quruma üzv seçilib. Abyek Şəhərinin İrşad və Mədəniyyət İdarəsinin rəisi Kərim Zərgər, aşıq Səlcuq Şəhbazi və aşıq Əhməd Şəhbazi yeni yaradılmış quruma nəzarətçi, aşıq Nasir Şəhbazi, Məhərrəm Məminəjad, Abbas Əhmədi və Hüseyn Şəhbazi İranda “Aşıqlar Birliyi” adı ilə fəaliyyət göstərən qurumun yeni yaradılmış qurumda nümayəndələri, həmçinin aşıq Davud Nəcəfzadə və İltimas Əbdi quruma əvəzedici nümayəndə kimi seçilib.

Gunaz.TV

15:29