Quzey, Güney Azərbaycan və Kərkük türklərinin hekayələri Eluca qələmində

 

2017-ci ilin Ulusal Türk Ədəbiyyatına Xidmət Mükafatının sahibi, Azərbaycanlı yazıçı Eluca Atalı Türkiyədəki oxucularıyla görüşdü. Quzey, Güney Azərbaycan və Kərkük türklərinin hekayələri Eluca qələmində Türkiyə səfərinin növbəti dayanacağı Eskişehir idi.

Eluca Atalı kitab imzalama mərasimini “Eskişehir Azərbaycanlılar Dərnəyi”nin rəhbəri Cavid Aydın açdı, yazıçı haqqında qısa məlumat verdikdən sonra sözü tədbirin səbəbkarına verdi. “Eskişehir Azərbaycanlılar Dərnəyi”nin təşkilatçılığı ilə keçirilən imzalama mərasimində KİBERTAK-ın müəyyən etdiyi 2017-ci ilin Beynəlmiləl Türk Ədəbiyyatına Xidmət Mükafatının sahibi, yazıçı Eluca Atalı əvvəlcə kitablarının mövzusu barədə qonaqlara açıqlama verdi, Güney Azərbaycan hadisələrini əksi etdirən “Azadlıq hekayələri”, “Kərküklülər – tənha qalmış türklər”, “Tiqranizm Xocalıda” əsərləri haqqında danışdı, bu mövzularda oxucuların suallarını cavablandırdı. Sonra kitablarına imza ataraq istəyən oxuculara təqdim etdi.

Qeyd edək ki, İsveçdən Türkiyəyə ədəbi səfərə gələn Eluca Atalı bir neçə gün əvvəl Turançı Hərəkat Platformasının İstanbul təşkilatının, hər il olduğu kimi, bu il də minlərlə türk gənclə birlikdə Xocalı qətliamını anma mərasiminə qatılıb, Atsız Kültür Evindən dinc yürüşə qatılıb. Sonra İstanbul Haydarpaşa Məslək Liseyi və Teknik Anadolu Liseyi konfrans salonlarında yazıçı-dramaturq həmkarı Aygün Hasanoğlu ilə birlikdə çıxış edib, Xocalı soyqırımı, səbəbləri, nəticələri, tarixin dərsləri, o cümlədən, Türkiyə-Azərbaycan-İran-Rusiya münasibətlərindəki təzadlı nöqtələr və kənar təsirlər mövzularına toxunub, dəlillər gətirib. İstanbulda özəl bir telekanalda çıxışından sonra isə Eluca Atalı Eskişehirdəki soydaşlarıyla görüşə gəlib. İsveçdə yaşayan Azərbaycanlı yazıçı Eluca Atalının adı çəkilən kitabları Azərbaycan və Türkiyə türkcələrindən başqa özbək və ərəb dillərində də nəşr olunub.

Xudaferin.eu
Türkiyə, “Eskişehir Bürosu”

08:49