Qürbətdə adsız bir qəhrəman qızımız var...

Biz qadınıq, zərif, incə varlığıq,
Bu gün gənc qız, sabah ana adıyıq,
Neçə-neçə mərd oğullar bəsləyən,
İgid ana, cəsur ana adıyıq!

Bu şeiri bilmirəm kim yazıb, ancaq sankı bu şeiri onun üçün yazıb...

35 illik qürbət həyatımda Azərbaycana xidmət edən, vətənimizin işğalda olduğu o ağrılı-acılı illərdə istər içtimai xadim olsun, istərsə dövlət məmuru olsun, belə dəyərli insanlar bir an diqqətimdən kənarda qalmadılar.

Mən qurbətdə yaşayan soydaşlarımız arasında iki cür insan tanıyıram: biri vətənimə təmənnasız xidmət edənləri, digərləri düşmən sərmayəsi ilə Azərbaycana xəyanət edənləri. Qalan heç kim məni qəti ilgiləndirmir...

Qardaş mənə bioloji qardaş ola bilər... Mən Azərbaycan uğrunda yorulmadan mübarizə aparan əqidədə qardaş və bacılarımı sevirəm...
Xəyanətkarları hələlik qoyaq bir kənara...
Onlar istər ixtidarda, istərsə müxalifətdə kifayət qədərdi. Qürbətdə isə... Aman Allah!... Vətəni hər an düşmənə şəxsi marağı üçün satmağa hazır olanlar daha çoxdur. Ancaq xöşbəxt millətik ki, bir igid övladımız min vətən xaini yerində oturtmağa qadirdir...

Nəyisə...

Bu gördüyünüz xanım, mənim mənəvi balam, əqidədaşım, qürbətdə vətən uğrunda mübarizədə silahdaşım İRADƏ (Irade Uluxanli) ULUXANLIdır.

Burada bir haşiyə çıxıb qeyd etmək istəyirəm ki, hələ illər öncə, yaxşı tanımadığım bir Azərbaycan qızı haqqında qürur hissi doğuran bir xatirə söyləyim...

Təxminən 20 il öncə Niderland kino rejissoru Birinci Qarabağ müharibəsi ilə bağlı "Ümid sonda ölür" adlı Ermənistan və Azərbaycan müharibəsindən film çəkmişdi. Filmdə rejissor guya neytrallıq və ədalət nümayiş etdirdiyini iddia etsə də, film sırf açıq və gizli ştiriklərlə Azərbaycanın əleyhinə köklənmişdi. Yenə ermənilər əzabkeş, azərbaycanlılar aqressiv...
Təəssüf doğuran ondan ibarətdir ki, Avropada otrum almaq üçün bir çox soydaşımız həmin filmdə ya məsləhətçi, ya da şərhçi kimi iştirak edirdilər (İndi onların bəziləri diaspor fəllarıdir)...
Filmin prezentasiyasında erməni və Azərbaycan icmasının nümayəndələri, hər iki ölkənin diplomatik korpusunun diplomları, eləcə də Niderlanda tv-lərin nümayəndələri, tarixçiləri və içtimai xadimləri iştirak edirdilər.

Film sona yaxınlaşanda dözə bilməyib, yerimdən qalxaraq, özümdən asılı olmayaraq var gücümlə dəli kimi bağırmağa başladım:

"Dit is bedrog! Dit is onrecht! Azerbeidzjan is een land dat bezet wordt door Rusland, Iran en Armenië!"

Həyatım boyu belə haray çəkməmişdim...
Məni ağrıdan o idi ki, həmin vaxt ermənilərlə yanaşı bəzi soydaşlarım da mənə qarşı idilər...
"Ayə, millətimizin adın niyə batırırsan" və s., və i...
Aman Allah, arxamda bir arıq, çəlimsiz qız sankı aslan kimi mənə qoşulur... Bu qızcığazın belə bir şəraitdə və qürbət diyarda düşmən əhatəsində olan bir eloğlusuna qəhmər çıxmasından inan qürurumdan gözlərim yaşarır...

Ardınca həmin illər Niderlandda yaşayan alimimiz Mehman Nəcməddinov, həmin illərdə Benilüks ölkəsində diplomat kimi çalışan Fuad Hümbətov və bundan sonra digər vətənsevər soydaşlar etiraza qoşuşdular. Sonunda bir həftədə uç dəfə müzakirə olunan film qadağan edildi.
Bax o vaxtdan qızım qədər mənə əziz olan İradə Uluxanlı ilə bir ailə kimiyik.

İradə Uluxanlı kimdir?

25 ildən çoxdur ki, Niderlanda yaşayan İradə Xanım Bakıda həm konservatoriyanın skripka sinfində və eləcə də də politologiyada ali təhsil alib. Niderlanda isə hüquq üzrə ali təhsil alib. İradə Uluxanlı hazırda Niderland Krallığında rəsmi məmurdur.

İradə Uluxanlı Niderlanda Azərbaycan naminə nələr edib. Onun çox cüzi fəaliyyətini qeyd etməyi özümə borc bilirəm.

İradə Uluxanlı: İlk dəfə Qarabağ həqiqətlərinin Niderland mətbuatında geniş və obyektiv nəşrinə nail olub.

İradə Uluxanlı: Qafqaz mətbəxi silsiləsindən "Azərbaycan Mətbəxi" adlı geniş məqəlanin nəşrinə nail olub.

İradə Uluxanlı: 44 gün Vətən Müharibəsini Niderland mətbuatında obyektiv işıqlandırmasına nail olur.

Bütün yazıların müəllifləri, yerli nünayəndələridir.
Bundan əlavə ilk dəfə onun təşkilatçılığı ilə Niderlandın tələbə şəhərləri olan Mastrixtdə Azərbaycan diplomatik korpusunu başda Fuad İsgəndərov olmaq şərti ilə, Niderland elm və təhsil, eləcə də siyasi partiya fəalları ilə görüşün təşkil edib. Həmin vaxt Mastrixt meriyasının üzərində Azərbaycan Dövlət bayrağı dalğalanıb.
İradə Uluxanlının təşəbbüsü ilə 12 Niderland məktəblisi Azərbaycanla tanış olub, ölkəmizin görməli yerlərini gəziblər. Bundan əlavə Bakıda gözdən əlil məktəbinə İradə xanımın təşəbbüsü ilə gözdən şikəst soydaşlarımız üçün xüsusi kompüterlər çatdırıblar.

Azərbaycana ilk dəfə Niderland siyasi xadimlərinin səfərlərini İradə Uluxanlı təşkil edib.
Onun Niderlandda Azərbaycan naminə fəaliyyətini qeyd etmək üçün kitab yazmaq olar...
İradə! Qızım! Nə yaxşı ki, sənin kimi qürbətdə Azərbaycanımın ədalətli, humanist, cəsarətli və cəsur qızı var.

İradə Uluxanlı! Sənin timsalında bütün mübariz və vətənpərvər qadınlarımızın önundə baş əyirəm.

Dərin hörmət və rəğbətlə:
Elman Mustafazadə

P.S. Təəssüf və kədər hissi ilə qeyd edim ki, Azərbaycan Diaspor Komitəsi İradə Uluxanlını heç bir tədbirlərinə dəvət eləmir... Hətta qürbət diyarda uğrunda mübarizə apardığı Şuşaya belə dəvət eləmədilər. Bəlkə də, mənə görə Fuad Muradovun "qara siyahı"sına salıblar...
Bilmirəm...

Xudaferin.eu

12:47