“Qumral quzunun kələyi” balacaları sevindirir

Balacaların sevimli məkanı olan Gəncə Dövlət Kukla Teatrı  həftənin şənbə və bazar günləri “Qumral quzunun kələyi və yaxud çətin məsələ” adlı tamaşa ilə kiçikyaşlı tamaşaçıları sevindirir.

Rafiq Səməndərin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Xudayət Əsgərov, rəssamı Əntiqə Bədirovadır. Tamaşada əməkdar artistlər Xudayat Əsgərov, Nağəddin Məmmədov, aktyorlar Zülfiyyə Əliyeva, Səməd Xanəhmədov və başqaları rol alıblar. Səhnə əsəri 7-12 yaşlı tamaşaçılar üçün nəzərdə tutulub.
Balacaların maraqla izlədiyi 45 dəqiqəlik tamaşada əsas hadisələr qumral quzunun probleminin həll olunması ətrafında cərəyan edir. Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri göstərən səhnə əsəri  körpə fidanlar tərəfindən alqışlarla qarşılanır.

Hicran Məmmədova
Gəncə

12:17