“Quduz köpək” ləqəbli general: “Ən böyük təhlükə Rusiyadır”
“ABŞ-a ən böyük təhlükə Rusiyadan qaynaqlanır”. Bunu Senatdakı çıxışında istefada olan general, “quduz köpək” ləqəbli Ceyms Mettis bildirib. Pentaqon rəhbərliyinə namizədliyinə baxılan Mettis qeyd edib ki, Rusiya ilə hətta “soyuq müharibə” dövründə də münasibət olub: “Biz “soyuq müharibə”nin qaranlıq günlərində də Rusiya ilə işləmişik. Buna görə də Donald Trampın Rusiya ilə münasibətlərin normallaşdırılması mövqeyinə normal yanaşıram. Ancaq eyni zamanda biz əməkdaşlıq mümkün olmayan sahələri də müəyyən edəcəyik. Biz o sahələrdə Rusiyaya müqavimət göstərməli və özümüzü qorumalıyıq”.
Senat həmiçin Mərkəzi Kəşfiyyat İdarəsinə Mayk Pompeonun namizədliyini nəzərdən keçirib. Müzakirələrin 15-ci dəqiqəsində zalda işıqlar kəsilib. Ancaq müzakirələr davam etdirilib və senator Con Makkeyn Pompeoya suallar ünvanlayıb. O, rusiyalı hakerlərin qarşısını almaq üçün hansı tədbirlərin planlaşdırılması ilə maraqlanıb. Bu suala cavabında namizəd “Mən sizə deyə bilərəm ki, təhlükəsizliyi təmin etmək üçün güclü amerikan cavabı tələb edilir. Biz müdafiədə ən güclü olmalıyıq”,- deyib.

Xəzər
Cebhe.info
10:30
Digər xəbərlər