Qubad İbadoğlu: “Kredit qoyuluşunun aşağı düşdüyü bir zamanda problemli kreditlərin həcmi çoxalır”

 

 

“Kredit qoyuluşu azalanda problemli kreditlər də azalmalı idi”

Mərkəzi Bankın son məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 739, 8 milyon manatdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edir. Ümumilikdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə problemli kreditlər 14,9 faiz artıb. Bəzi ekspertlər isə düşünür ki, problemli kreditlərin real həcmi ən azı göstərilən rəqəmdən iki dəfə çoxdur.

“Bankların korporativ marağı var ki, problemili kreditləin ümumi kredit portfelində payını az göstərsinlər”

Deyilənləri bir daha təsdiqləyən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirib  ki, problemli kreditlərin özünün də təfsilatı var: “Onları şübhəli, ümidsiz borclara bölürlər. Biz onları da borclar siyahısna daxil edirik. Ola bilər ki, şübhəli borcları da biz onun üzərinə gəlsək, təbii ki, problemli kreditlərin həcmi daha geniş ola bilər. O baxımdan deyilənləri həqiqət saymaq olar. Amma baxır o problemli kreditləri hansı meyar əsasında təsnif edirik. Mərkəzi bank, banklar çalışırlar ki, problemli kreditlərin ümumi kredit protfelində payını az göstərsinlər çünki onların borc öhdəliklərinin səviyyəsinə, kredit reytinqinə təsir göstərir. Problemli kredit nə qədər az olsa, bir o qədər kredit reytiniqini yaxılaşdırmaq imkanları var. Kredit reytinqinin də pis olması o deməkdir ki, gələcəkdə onlar bank olaraq borc alanda daha yuxarı faiz dərəcəsi ilə borc almaq məcburiyyətində qalırlar. Çünki onların kredit reytinqi pis olanda risk dərəcəsi də yüksək olur. O baxımdan, bankların korporativ marağı var ki, problemli kreditləin ümumi kredit portfelində payını az göstərsinlər. Amma həqiqətən də problemli kreditlərin həcmi artır. Nəzərə almaq lazımdır ki, ölkədə kredit qoyuluşu aşağı düşür, amma problemli kreditlər artır. Əslində, kredit qoyuluşu azalanda problemli kreditlər də azalmalı idi. Amma görün, vəziyyət necə pisdir ki, hətta kredit qouluşunun aşağı düşdüyü bir zamanda da problemli kreditlərin həcmi çoxalır”.

“Problemli kreditlərin artması ciddi bir məsələdir”

 

“Ən ciddi problem odur ki, artıq bankla müştəri münasibətlər pozulur. Etibarlı müştəri təlimat sistemi sıradan çıxır. Dediyim kimi, bankların kredit reytinqi aşağı düşür. Ondan sonra problemli kreditlərin artması bankların maliyyə xərclərini pisləşdirir. Yəni kifayət qədər fəsadları var. Problemli kreditlərin artması ciddi bir məsələdir”, - dedi iqtisadçı.

“Problemli kreditlər üçün agentlik yaradılmalıdır”

 

İbadoğlu diqqətə çatdırdı ki, o, dəfələrlə problemli kreditlərin həll edilməsi istiqamətində təkliflər irəli sürüb: “Qeyd etmişəm ki, problemli kreditlər üçün agentlik yaradılmalıdır. Problemli kreditlərin təsnifatı aparılmalıdır. Eyni zamanda qeyd etmişəm ki, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul olunmalıdır. Şəxlərin müflisləşməsinə uyğun olaraq fiziki şəxslər məhkəməyə müraciət edib, kreditlərinə görə müyyən güzətlər əldə edə bilərlər. Yəni bunun hüquqi bazası formalaşmalıdır. Əfsuslar olsun ki, bu istiqamətdə hələ ki, sadəcə olaraq mətbuatda müzakirlər gedir. Nə mərkəzi bank, nə digər müvafiq stukturlar, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən heç bir ciddi qərar qəbul olunmayıbdır”.

“Borcların hamısının silinməsi düzgün deyil”

 

İbadoğlu onu da nəzərə çatdırdı ki, maliyyə amnistiyasının da müəyyən formaların seçmək olar: “Amma bütövlükdə o borcların hamısı silinsin o da düzgün deyil. Çünki borcların çoxu o şirkətlərə verilib ki, o şirkətlər siyasi hakimiyyətə bağlı şirkətlərdir. Onlar müəyyən öhdəliklərə malikdirlər. Hesab etmirəm ki, onları öhdəlikdən tam şəkildə azad etmək lazımdır”.

 

“Depozitlərin faizi yüksək olduğu halda, kredit faizinin yüksək olması qanuna uyğunluqdur”

 

İbadoğlu xatırlatdı ki, Mərkəzi Bank orta kredit dərəcəsini12, 34 % açıqlamışdı: “Yəni bunun aşağı və yuxarı hədləri var. Amma verilən kreditlərin hər 10 manatından 1 manatı geri qayıtmırsa, təbii ki, bu bankların vəziyyətinə pis təsir göstərir. Əksər banklarda depozitlərin manatla olan faiz dərəcəsi hazırda 15 faiz təşkil edir. Bu baxımdan, depozitlərin faizi yüksək olduğu halda, kredit faizinin yüksək olması qanuna uyğunluqdur, normal qəbul etmək lazımdır”.

“Bundan sonra da banklarının bağlanması ilə qarşılaşa bilərik”

“Hökumətin bankların bağlanmasından daha yaxşı yanaşma müştərini fikirləşməsi olardı ki, bank kapitalının konsentrasiya və konsolidasiya olması depozitorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi, vəsaitlərin insanlara qaytarılması imkanlarını artırardı. Təəssüflər olsun ki, dövlət daha fərqli yolu seçdi. 11 bank bağlanıb. Bu o demək deyil ki, sondur. Bundan sonra da banklarının bağlanması ilə qarşılaşa bilərik”, - deyə iqtisadşı vurğuladı.

“Bankların müflisləşmə prosesi şəffaf olmalıdır”

 

İbadoğlu onu da əlavə etdi, bankların müflisləşmə prosesi şəffaf olmalıdır və komissiya hesabat verməlidir: “Ən azı ictimaiyyətə məlumt verməsələr də, bankın depozitorları, səhmdarları qarşısında belə məlumatlar açıq olmalıdır. Bu məlumatlar operativ şəkildə onların nəzərinə çatdırılmalıdır”.

Şamo Emin,
Hurriyyet.org

 

09:19