Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən Quba rayonu Azərbaycan Respublikasının ən səfalı inzibati-ərazi vahidlərindən biridir.
Quba rayonu eyni zamanda Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Rayon ərazisində yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq "Quba meyvəsi" dedikdə ilk növbədə alma yada düşür. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemşan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.
Quba rayonu həm də Azərbaycanın mədənuyyət mərkəzlərindən biridir. Respublika əhəmiyyətli yolların 67 km-i Quba ərazisindən keçir. Rayon ərazisində 148 tibb müəssisəsi, 169 mədəniyyət ocağı fəaliyyət göstərir. Quba rayonunda 180 min nəfərə yaxın əhali yaşayır.
Rayonda yeni sənaye müəssisəsinin tikintisi sürətlə davam edir.
Hazırda Qubada meyvə emalı sahəsində böyük bir sənaye layihəsinin həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Ümumi dəyəri 25 milyon manat olan bu müəssisə 2 hektar ərazini əhatə edir və tam istifadəyə verildikdən sonra 150 nəfərə yaxın vətəndaşın işlə daimi məşğulluğu təmin olunacaqdır.
Müəssisənin illik istehsal gücü 4000 ton məhsul təşkil edəcəkdir.
Bu layihənin gerçəkləşməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi ardıcıl dəstəyin və regionlarda qeyri-neft sektorunun gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin bariz nümunəsidir.
Quba Rayon İcra Hakimiyyətinin rayonda sahibkarlığın və yerli istehsalın genişlənməsi istiqamətində gördüyü sistemli işlər, bu kimi layihələrin reallaşmasında mühüm rol oynayır.
Bu istiqamətdə görülən işlər bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcəkdir.
Müəssisənin rəsmi açılışı 2025-ci ilin sentyabr ayında nəzərdə tutulur. Hazırda tikinti və texnoloji avadanlıqların quraşdırılması işləri son mərhələyə çatmışdır.
15 iyul 2025-ci il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi : Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcmasının üzvləri - akademik Abel Məhərrəmov, professor İbrahim Bayramov, politoloq Zaur Məmmədov, Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəsi İlham Qaraqurbanlı, rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, tələbələr və gənclər iştirak etmişdir.
Bunlarla yanaşı İcra başçısı- İlqar Akif oğlu Mahmudovun iştirakı ilə
Quba Rayon İcra Hakimiyyəti rəhbərliyi rayonun ayrı - ayrı kəndlərində və RİH-nin inzibati binasında müntəzəm olaraq vətəndaş qəbulu keçirir.
16 iyul 2025-ci il tarixində Quba Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yerli sakinləri fərdi şəkildə qəbul edərək onları narahat edən məsələlərlə şəxsən tanış olub və problemlərin aradan qaldırılması üçün əlaqədar məsul şəxslərə tapşırıqlar verib.
Müşahidılər göstərir ki, Quba rayonunun hərtərəfli intensiv inkişafı davam edir...
QUBA RAYONUNUN İNTENSİV İNKİŞAFI DAVAM EDİR .....

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu
18:32