Qənirə Paşayeva: Edillidə kütləvi məzarlığın aşkarlanması ermənilər tərəfindən törədilmiş müharibə cinayətlərinin daha bir təkzibolunmaz sübutudur
Xocavənd rayonunun Edilli kəndi ərazisində növbəti kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlığın aşkarlanması ermənilər tərəfindən törədilmiş müharibə cinayətlərinin daha bir təkzibolunmaz sübutudur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.
Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri tərəfindən əsir götürülmüş azərbaycanlıların Xocavənd rayonunun Edilli kəndində işgəncələrlə qətlə yetirilməsi danılmaz vandallıq aktıdır. Bu vandallıq insanlığın mənəvi və hüquqi prinsiplərin kobud formada pozulmasıdır. Otuz ilə yaxın davam edən işğal dönəmində Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı aktları, etnik təmizləmə siyasəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi yalnız Azərbaycana qarşı deyil, mahiyyətcə bütün insanlığa qarşı yönələn qəbuledilməz davranışdır. Bu davranış erməni xislətini, dünya erməniliyinin, işğalçıları dəstəkləyənlərin iç üzünü göstərir. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub. Özünə hörmət qoyan, ləyaqətli xalq, dövlət belə alçaqlıq edə bilməzdi.
Komitə sədri deyib: “Beynəlxalq humanitar hüquq müharibələrdə və silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyərək, döyüş aparılmasının müəyyən üsulları və vasitələrini müəyyənləşdirir. Burada, haqlı olaraq, daha çox məhdudlaşdırmalar və ya qadağalar ehtiva olunur; eləcə də, mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarının təminatı ifadə edilir.
Ermənistan Respublikası müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların 08 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısıdır. Ancaq buna baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini göz görəsi pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə saymazyana, məsuliyyətsiz münasibət göstərib. Beynəlxalq ictimaiyyətin, bir çox qurum və quruluşun, onlarla xarici ölkənin bu hüquqazidd hərəkətlərə göz yumması erməniləri daha da şirnikləndirib, onları yeni cinayətlərə həvəsləndirib, mənfi presedentlər yaradıb.
Məlum olduğu kimi, “Hərbi əsirlərlə rəftara dair” Konvensiya (Üçüncü Cenevrə Konvensiyası) hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir.
Əsirlərin, girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsindən daha ağır hansı beynəlxalq cinayət vardır? Daha nə olmalıydı ki, ikilistandartlar uyğulayan bir sıra beynəlxalq qurumlar və bəzi xarici ölkələr hərəkətə keçsin, hüquqi işləmlərə başlasın, Ermənistana sanksiyalar tətbiq etsin?”
Q.Paşayeva qeyd edib ki, Ermənistan bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında heç bir məlumat vermir və beynəlxalq ictimaiyyətə yalan danışır. Onlar üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobud şəkildə pozmaqda davam edir.
Azərbaycan Respublikasının hər zaman beynəlxalq humanitar hüquqa sədaqətini nümayiş etdirdiyini diqqətə çatdıran Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib: “Azərbaycan Ermənistandan tam fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olub. Dörd Cenevrə Konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq, daim beynəlxalq humanitar hüququn normalarına əməl edib, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirib. Bizim dövlətin tərəfdar olduğu beynəlxalq hüquq normaları, qoşulduğu konvensiyalar öz yerində, bununla birgə xalqımızın mədəniyyəti, dövlətimizin xarakteri, adət-ənənəmiz bizi qeyri-insani hərəkətlərdən daim çəkindirib. Biz öz dövlətimiz, xalqımız, ordumuzla fəxr edir, bu cür yüksək mədəniyyətə və əxlaqa malik olduğumuz üçün qürur duyuruq”.

Xudaferin.eu
23:13
Digər xəbərlər