Qənirə Paşayeva: Azərbaycan xalqını və dövlətini heç nə ilə qorxutmaq mümkün deyil
Mili Məclisin deputatı Fazil Mustafaya qarşı edilən sui-qəsd Azərbaycan dövlətinə qarşı təhdiddir. Azərbaycan xalqını və dövlətini heç nə ilə qorxutmaq mümkün deyil. Xalqımız dəmir yumruq kimi birləşib və dövlətimiz çox güclüdür. Onlar belə çirkin hərəkətlərlə bizə heç nə edə bilməyəcəklər.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin aprelin 4-də keçirilən plenar iclasında səsləndirib.
Deputat bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları terror şəbəkəsi ilə əlaqədə olan hər kəsi ortaya çıxaracaq və onlar layiq olduğu cəzalarını alacaqlar.
“Biz hamımız bilirik ki, xaricdən idarə olunan terror şəbəkəsinin üzvləri hansı məqsədə xidmət edirlər. Azərbaycan xalqı olaraq dövlətimizin yanında olmalıyıq”, - deyə Qənirə Paşayeva vurğulayıb.

Xudaferin.eu
16:11
Digər xəbərlər