QLOBAL TƏHLÜKƏSİZLİK SİSTEMİ HƏRƏKƏTƏ GƏTİRİLMƏLİDİR.....

21-ci əsrin ilk rübü başa çatmaq üzrədir.
Yaşadığımız Dünya növbəti imperiya təcavüzü ilə üz-üzədir.
Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı "hərbi əməliyyat" artıq 4 ildir davam edir.
Qanlı müharibə, yalnız bir ölkənin ərazi bütövlüyünü deyil, bütövlükdə beynəlxalq hüququn dayaqlarını laxladır.
Bəşəri dəyərləri və qlobal təhlükəsizlik sistemini sarsıtmaqda davam edir. Rusiya hakimiyyətinin “xüsusi hərbi əməliyyat” adlandırdığı bu münaqişə əslində bir dövlətin digər müstəqil dövlətin suverenliyinə və mövcudluğuna qarşı apardığı total müharibədir.
Lakin Rusiya Ukraynaya qalib gələ bilmir.
-- Ukrayna xalqının mətinliyi, ordusunun peşəkarlaşması və qərbli müttəfiqlərin güclü dəstəyi sayəsində Rusiya 4 ildir hədəfinə çata bilmir.
Fikrimizcə bunun səbəbləri aşağıdakılardır:
1.--Ukraynanın hava məkanında üstünlüyü ələ keçirməsi ; Bayraktarlar, Patriot sistemləri və HIMARS kimi müasir texnologiyalardan istifadə, müharibənin gedişini dəyişib.
2.--BMT Nizamnaməsinə əsaslanan beynəlxalq hüquq Ukraynanın tərəfindədir.
Bütün bunlara baxmayaraq,
Kreml təhlükəli ritorikasını dəyişmir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin son bəyanatı – “Rusiyanın gələcəyi və qlobal sülh onun Ukraynada qalib gəlməsindən asılıdır” fikri – siyasi cəfəngiyatdır.
Eyni zamanda bu bəyanat Rusiya siyasətçilərinin imperiya niyyətlərinin rəsmi etirafıdır.
Volodin və Putin hakimiyyəti “çoxqütblü və ədalətli dünya nizamı” bəhanəsi ilə qonşu dövlətlərin ərazisinə iddia edir.
Bu ritorika təkcə Ukraynaya deyil, Qazaxıstanın şimalına, Baltikyanı ölkələrə, Cənubi Qafqaza və hətta gələcəkdə digər regionlara yönəlmiş genişlənmə planlarını ehtiva edir.
Reallıqda isə Rusiya xalqı hər gün yüzlərlə gəncini itirir, ölkə iqtisadiyyatı dərin tənəzzüldədir.
Sanksiyalar, diplomatik təcrid və texnoloji blokadalar uzunmüddətli zərərlər yaradır.
Ən əsası, Rusiya nəinki beynəlxalq ictimaiyyətdə, hətta keçmiş müttəfiqləri arasında da etibarını itirir.
Düşünürük ki , Bəşəriyyətin indiki seçim anı mülkiyyət üstündə deyil, insani dəyərlər üğrunda olmalıdır.
İndi dünya ictimayyətini düşündürən
əsas sual budur: beynəlxalq ictimaiyyət Putinizmin diktəsinə tabe olacaq, yoxsa beynəlxaıq hüquqa, ədalətə və insan haqlarına söykənən dünya düzənini qoruyacaq...?!
Müşahidələr göstərir ki , Ukraynanın mübarizəsi təkcə bir dövlətin deyil ; bütün müstəqil xalqların mübarizəsidir. Rusiya bu avantürasının ağrılı nəticələrini o qədər dərindən yaşamalıdır ki, gələcəkdə heç bir güc sahibi başqa bir ölkənin suverenliyinə qəsd etməyə cürət etməsin.
Hesab edirik ki, beynəlxalq qurumlar təcili olaraq aşağıdakı tədbirləri həyata keçirməlidir :
1. Rusiya Federasiyasına qarşı daha sərt beynəlxalq sanksiyalar tətbiq edilməlidir.
2. Ukraynaya hərbi, iqtisadi və diplomatik dəstək artırılmalıdır.
3. Rusiya rəsmilərinə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində məsuliyyət prosedurları sürətləndirilməlidir.
4. Postsovet məkanındakı digər dövlətlər – o cümlədən Azərbaycan – öz təhlükəsizliyi üçün beynəlxalq təhlükəsizlik zəmanətləri ilə təmin olunmalıdır.
Dünyanın gələcəyi Moskvanın qələbəsində yox ; Rus siyasətçilərinin "nəhəng imperia" ambisiyalı geosiyasi avantüralarının qarşısının vaxtında alınmasından asılıdır.
Bu, təkcə Ukrayna üçün deyil, bütün planet üçün strateji taleyüklü məsələdir.

Müəllif : Qəvami Sadıqbəyı.
Xudaferin.eu
14:00