QLOBAL DƏYİŞİKLİKLƏR ASTANASINDAYIQ ...

İkinci Dünya Müharibəsindən sonra qlobal təhlükəsizlik sistemində yeni arxitektura formalaşmışdı.
Amerikada
"ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yaradılmışdı.
USAİD--Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyi idi.
USAİD mülki qaydada xarici ölkələrə yardım göstərir və onların inkişaf etməsinə kömək edirdi.
Büdcəsi 27 milyard dollardan çox olan USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biri idi.
USAID üzdə xarici ölkələrə yardım edirdi. Reallıqda isə həmin ölkələrdə vətəndaş cəmiyyətləri, yaxud ; qeyri - hökümət təşkilatları (QHT) adı altında ABŞ-ın siyasi tələblərini yerinə yetirən cəsus şəbəkələri yaradırdı.
Sistem elə idarə olunurdu ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən yerli təşkilatların rəhbərlərindən başqa [ Vətəndaş Cəmiyətləri İnstitutlarının ( VCİ) və Qeyri-Hökümət Təşkilatlarının
QHT-ların]
çoxsaylı sıravi üzvləri mahiyyət etibarı ilə əslində
ABŞ-a cəsusluq etdiklərini bilmirdi.
Bu qurumların rəhbərləri isə öz ölkələrində demokratiyanın inkişafına xidmət göstərdiklərini bəyan edir ; USAİD tərəfindən ayrılan milyon dollarla vəsaiti xımır-xımır yeyirdilər. Sıravi üzvlərə isə bu böyük pulların cüzi bir hissəsi çatırdı.
Nəticə etibarı ilə ABŞ siyasi dairələri
müxtəlif ölkələrin daxili işlərində aktiv şəkildə iştirak edir və yerli hakimiyyət əlehinə kütlə formalaşdırırdı.
Çox təsüf ki , USAİD uzun illər Azərbaycanda da sərbəst fəaliyyət göstərmişdir.
Respublikamızda yüzlərlə VCİ və QHT indi də fəaliyyət göstərir.
Bu təşkilatların bir çoxu həqiqətən ölkəmizdə vətəndaş cəmiyyətinin və demokratiyanın inkişafına xidmət edir.
Lakin USAİD tərəfindən maliyələşən qurumların səmimi fəaliyyəti isə şübhə doğurur.
Bunlardan başqa ; ABŞ hökuməti tərəfindən maliyyələşdirilən
"Amerikanın Səsi", "Vaşinqton Post", "Azad Avropa /Azadlıq radiosu" da uzun on illər xarici ölkələrdə əsasən insanların fikrini qarışdlrmaqla məşğul olublar.
İndi isə Tramp administrasiyası tərəfindən ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışan və informasiya diversiyası ilə məşğul olan qurumların fəaliyyəti məhdudlaşdırılıb
USAID-ın yüzlərlə ölkədə həyata keçirilən təxribatçı layihələrin maliyələşdirilməsi əməliyyatları dayandırılıb.
Bu o deməkdir ki, faktiki olaraq əslində
milli hökumətlərə alternativ yaradılan təşkilatların və ayrı-ayrı qüvvələrin fəaliyyətlərinə son verilir.
Bu hadisələrdən sonra uzun illər özlərinə titullu adlar seçən və "demokratiya", "insan haqlarından" ağız dolusu danışan ; əslində isə sadə səmimi insanların hissləri ilə oynayan bəzi təşkilatların siyasi liderlərinin "bazarı" bağlanıb.
Həmin "liderlərin" yürütdüyü
ikiüzlü siyasətə inanan minlərlə həqiqi vətənpərvər insanlar uzun illər mərhumiyyətlər yaşamışlar.
Bu sadə insanlar ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən təşkilatların bu liderləri , "demokratiya", insan haqqları carçılarını"nədən və nə üçün müdafiə etdiklərinin fərqinə varmırdılar.
İndi dünyamız qlobal dəyişikliklər astanasındadır.
Baş verən tarixi - siyasi proseslərin bu mərhələsində daha diqqətli olmalıyıq.

Qəvami Sadıqbəyli.
Xudaferin.eu

16:57