Bəzi insanlar peşəni öyrənir, bəziləri isə peşənin özünə çevrilir. Usta Sərdar məhz belə sənətkarlardan idi.
Keçən əsrin 60-cı illərində, hələ nə kompüter var idi, nə də rəng kodlarını saniyələr içində müəyyən edən elektron cihazlar.
Amma Usta Sərdarın gözü, zəkası və barmaqlarının həssaslığı bu günün ən müasir texnologiyasına meydan oxuyurdu...
O, avtomobil üçün elə rəng çalarları yaradırdı ki, illər keçsə də, bu gün belə kompüterləşdirilmiş rəng analiz sistemləri həmin rəngləri dəqiq müəyyən etməkdə bəlkə də çətinlik çəkir.
Usta Sərdarın əlindən çıxan avtomobilə baxanda adam inana bilmirdi ki, bu maşın vaxtilə ağır qəzaya düşüb.
Əzik-üzük olmuş, çoxlarının artıq utilizasiyaya göndərilməli hesab etdiyi “Volqa” avtomobillərini elə ustalıqla bərpa edirdi ki, sanki həmin maşın bir neçə dəqiqə əvvəl zavodun konveyerindən çıxmışdı.
Onun üçün dəmir sadəcə dəmir deyildi. O, hər əzikdə yeni bir həyat, hər dağıntıda yeni bir ümid görürdü. Əlləri ilə dəmirə yenidən can verir, peşəkarlığı ilə mümkünsüz görünəni mümkün edirdi.
Şuşanın məşhur zərgərlər nəslinin nümayəndəsi olan Usta Sərdar gənc yaşlarında Ağdama köçür. O, qısa zamanda bu qədim şəhərdə təkcə peşəkarlığı ilə deyil, səmimiyyəti, dürüstlüyü, yüksək insanlığı və qızıl əlləri ilə böyük hörmət və nüfuz qazanır.
Qarabağda zarafatla belə bir deyim var, deyərlər: “Ağdamda alaqarğa bala çıxarmaz.”
Amma Usta Sərdar Ağdamda zəkası, qızl əlləri ilə elə “balalar” çıxarırdı ki, adam heyran qalırdı...
Bəzən onun gördüyü işə baxanda adam zarafatla deyirdi: “ Sankı maşını elə bil zavod özü də belə yığa bilməzdi!”
Bu, şişirtmə deyil, Usta Sərdarı tanıyanların dillər əzbəri olan həqiqət idi. Çünki onun əlində dəmir də sanki yenidən doğulurdu.
Usta Sərdar təkcə Azərbaycanın deyil, bütöv regionun tanınmış avtomobil ustalarından biri idi. Onun şöhrəti sərhədləri aşmışdı. Şimali Qafqazdan belə insanlar avtomobillərini məhz ona etibar etmək üçün gəlirdilər.
Əsl ustanın böyüklüyü təkcə gördüyü işlə deyil, yetişdirdiyi ustalarla da ölçülür. Usta Sərdar da məhz belə sənətkar idi.
Onun emalatxanasında yalnız avtomobillər bərpa olunmurdu, ustalıq məktəbi formalaşırdı. Usta Sərdar illərlə topladığı bilik və təcrübəni səxavətlə gənclərə öyrədir, peşəsinin sirlərini onlardan əsirgəmirdi.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində çalışan onlarla peşəkar avtomobil ustası məhz Usta Sərdarın yetirmələridir. Onlar müəllimlərinin qoyduğu sənət yolunu ləyaqətlə davam etdirir, onun adını və ustalıq ənənəsini yaşadırlar.
Bu gün ömrünün 90-cı baharını haqlayan, qızıl əlləri ilə minlərlə avtomobilə ikinci həyat bəxş etmiş, dürüstlüyü və insanlığı ilə hər kəsin hörmətini qazanan əziz Usta Sərdara möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayıram.
Onun ən böyük arzularından biri yenidən doğma Ağdamına köçmək, ömrünün qalan illərini sevdiyi şəhərdə keçirməkdir. Ümid edirik ki, bu arzu da tezliklə gerçəkləşəcək və Usta Sərdar doğma Ağdamın küçələrində yenidən qürurla addımlayacaq.
Belə ustalar millətin sərvətidir. Allah Usta Sərdara sağlam can, rahat ömür və doğma yurduna qovuşma sevincini nəsib etsin!
QIZIL ƏLLƏRİN, QIZIL QƏLBİN SAHİBİ - USTA SƏRDAR

Elman Mustafazade
Xudaferin.eu
18:11
Digər xəbərlər