Qırğızıstanın Baş naziri MDB xəbər agentlikləri rəhbərləri ilə görüşüb
Qırğızıstanın Baş naziri Akılbek Japarov MDB ölkələri Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) üzvlərini qəbul edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Rusiya, Özbəkistan, Belarus və Türkmənistanın informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edib.
Görüş əsnasında Baş nazir Akılbek Japarov İnformşuranın xalqlar arasında dostluq və mehriban qonşuluq əlaqələrinin inkişafına töhfə verdiyini qeyd edib. O, MDB-nin aparıcı xəbər agentliklərinin informasiya mühitinin sağlam qalmasında rolunun yüksək olduğunu vurğulayıb.
İnformşuranın sədri, TASS agentliyinin baş direktoru Andrey Kondraşov qurum haqqında danışıb və bu gün Bişkekdə keçiriləcək iclasın gündəliyi barədə məlumat verib.
Qeyd edək ki, Bişkekdə İnformşuranın növbəti iclası keçiriləcək. İnformasiya agentliklərinin rəhbərləri qarşıda duran vəzifələri və birgə layihələri müzakirə edəcəklər.

Xudaferin.eu
15:37
Digər xəbərlər