Qırğızıstan prezidenti referendum nəticəsini təsdiqlədi

Qırğızıstan prezidenti Almazbek Atambayev referendum nəticəsində qəbul edilən yeni konstitusiyanı təsdiqləyib. Kabinetin üzvləri, məclisdəki siyasi partiyaların sədrləri və millət vəkillərinin də iştirak etdiyi mərasimdə  çıxış edən Qırğızıstan prezidenti Qırğızıstan xalqının ölkənin müstəqilliyinin güclənməsinə və vahidliyinə dəstək verərək, konstitusiyanı daha güclü hala gətirdiyini söyləyib.

Xalqa yeni konstitusiya üçün təşəkkür edərək, müstəqillik yolunda böyük və tarixi addım atdığını vurğulayan Atambayev yeni konstitusiyada xalqa hakimiyyəti mədəni bir yolla dəyişdirmə imkanı verildiyini vurğulayıb.
Qeyd edək ki, Qırğızıstan Cümhuriyyəti konstitusiyasının 41 maddəsində dəyişiklik edilməsi ilə məhkəmə islahatlarına sürət qazandırılmasına imkan yaradılıb və baş nazirin səhaliyyətləri gücləndirilib. Yeni konstitusiyada prezidentin vəzifə və səlahiyyətlərinə isə toxunulmayıb. Bir sıra postsovet dövlətlərindən fərqli olaraq ölkədə prezident, parlament və nazirlər kabinetinin vəzifə bölgüsü sahəsində Qırğızstan demək olar ki, Gürcüstanda mövcud olan demokratik dövlət sisteminə daxil olmuşdur.

Xudaferin.eu
Qırğızstan, “Bişkek Bürosu”

12:33