QHT "Orduya dəstək" tədbirlərini davam etdirir

Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) rəhbəri öz üzvlərilə birgə ölkə başçısının cağırışına qoşularaq 44 günlük müharibə dönəmində VƏTƏN müharibəsində könüllü döyüşlərdə iştirak etməklə bərabər, DAVİB nəzdində yaratdığı Təminat qrupuyla birgə "Orduya dəstək" adı altında aksiyaya başlamışdır.

Belə ki, müharibə bitməsinə baxmayaraq hələ də bu günə kimi cəbhə və cəbhə yanı bölgələrə gedərək, əsgərlərə müxtəlif humanitar yardımlarını etdirir. Düzdü, bu günlərim dövlətin orduya olan diqqət və qayğısı yetərincə olsa da, bu xeyirxah aksiya davam etdirilir.

Bu haqda, 1 və 2 ci Qarabağ Vətən müharibəsinin iştirakçısı, DAVİB prezidenti Nəsimi Qarabağlı qeyd edərək bildirib ki, bu günlərdə iş adamı Allahverdiyev Mahir Qafar oğlunun və UMİCO şirkətinin əməkdaşlarının dəstəyilə növbəti dəfə Füzuli, Ağdam və Tər-Tər bölgələrində yerləşən N saylı h/h-də olaraq əsgərlərimizə qış geyimləri, papaq, şərf, əlcək, corab, 3 ədəd elektrik generatoru, siqaret, şirniyatlar, tibbi ləvazimatlar, ağrıkəsicilər, maska, spirt və UMİCO şirkətində çalışan əməkdaşların uşaqlarınln əsgərlərə yazdıqları mıktublar paylanılmışdır. Fürsətdən istifadə edib, bu aksiyaya dəstək olan və əziyyəti olan hər bir qeyrətli AZƏRBAYCAN VƏTƏNDAŞLARINA XALQIMız və əsgərlərimiz adından minnətdarlığımı bildirirəm! Yaşasın Azərbaycanın basılmaz ordusu!
Onu da, qeyd etmək lazım dır ki, DAVİB tərəfindən bu nəcib aksiya hələ də, davam etdirilir.

Xudaferin.eu


21:15