Qəhrəmanlıq tariximizdən səhifələr: Tovuz döyüşləri - FOTO VİDEO
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi (Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü) atəşə tutub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biri olan Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar videomaterialı təqdim edir.
Tovuz döyüşlərinin iştirakçıları, baş çavuşlar Elgün Abbasov və Vüqar Məmmədov qeyd ediblər ki, dövlət sərhədində düşmənin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı görülən təxirəsalınmaz tədbirlər nəticəsində hücumun qarşısı alındı. Ermənistan silahlı qüvvələrinin ön xəttindəki atəş nöqtələri, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikası və yüzədək canlı qüvvəsi məhv edildi.
Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlətmişdi.
Əldə edilən məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli döyüşçülər də olub.
Tovuz döyüşlərinin iştirakçısı polkovnik-leytenant Aqil Cəfərov bildirib ki, iyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-si axşam saatlarına qədər davam etdi. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı və hər hansı ərazi itkisinə yol verilmədi. Bu əməliyyat istiqaməti, eyni zamanda, həm də iki ölkə arasında dövlət sərhədi olduğundan Azərbaycan Ordusu bölmələri tərəfindən görülən cavab tədbirləri, sadəcə, düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun bu istiqamətdə irəliləməsinin qarşısının alınmasına yönəlmişdi. Təbii ki, bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd qoyulmamışdı. Polkovnik-leytenant Aqil Cəfərov əlavə edib ki, bu gün də düşmən təxribatı davam edir. Ancaq Azərbaycan sərhədinin mühafizəsində dayanan hər bir əsgər təxribatçılara layiqli cavab verir.
Tovuz döyüşlərinin iştirakçısı baş çavuş Elvin Mövsümov bildirib ki, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Elçin Mustafazadə, Nazim İsmayılov, Xəyyam Daşdəmirov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov şəhid oldu. Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq qürurverici haldır ki, general və zabitlərimiz əsgərlərlə bir sırada, ön xətdə döyüşürdülər. Elvin Mövsümovun sözlərinə görə, hərbi qulluqçularımız düşmənlə sonadək mübarizə apardı və bir qarış da olsun torpağımızı itirmədik.

Xudaferin.eu
16:47
Digər xəbərlər