“Qeyri-neft məhsullarının ixracında kəskin azalma”
Rövşən Ağayev 1 aylıq xarici ticarət statistikası ilə bağlı ciddi narahatçılıq doğuran məlumatlar açıqlayıb: “İdxal 481 mln. USD azalıb, bu azalma əsasən dövlət müəssisə və təşkilatlarının idxalının məhdudlaşdırılması ilə bağlı olub. Belə ki, 2015-ci ilin 11 ayına nisbətən dövlət sektorunun idxalı 391 mln. USD azalıb. Qeyri-neft sektoru üzrə ixrac 347 mln. USD (23.4%) azalıb və cəmi 1.135 mlrd. USD olub. İxracın cəmi 13.6%-i qeyri-neft məhsulları hesabına təmin edilib, 86.4% neft sektorunun hesabına formalaşıb. Bu ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə orta aylıq ixrac 100 mln. USD olub. Nəzərə alsaq ki, həmin dövrdə ölkənin orta aylıq rəsmi idxalı 700 mln. USD olub, deməli qeyri-neft ixracından əldə olunan valyuta idxal tələbatının cəmi 14%-ni qarşılaya bilir. İl ərzində ölkənin idxal ehtiyaclarının 86%-ni neft dollarları qarşılayıb. Özəl sektor üzrə ticarət balansının kəsiri 4.7 mlrd dollar olub. Belə ki, özəl sektor 1.552 mlrd. USD ixrac, 6.247 mlrd. USD idxal edib. Əvəzində dövlət sektoru üzrə ticarət dövriyyəsində 5.5 mlrd. USD profisit yaranıb – sektor üzrə 6.5 mlrd. USD ixrac, 1 mlrd. USD-yə yaxın idxal olub. Bəzi məhuslların idxal qiymətində kəskin artım qeydə alınıb. Məsələn, ötən ilin 11 ayında hər kq kərə yağının orta idxal qiyməti 1.6 USD idi, bu il 3.3 USD olub. Çayın kq-nın idxal qiyməti 2.1 USD idi, bu il 3.5 USD olub. Bəzi qeyri-neft məhsullarının ixracında həddən artıq böyük azalmalar baş verib. Məsələn, bitki və heyvan mənşəli yağların ixracı dəyər ifadəsində 10 dəfə, çəki ifadəsində 5 dəfə azalıb”.

Azadliq.info
08:15
Digər xəbərlər