Qazaxıstanda hərbçilər qar uçqunu altında qaldılar: Ölənlər var – YENİLƏNİB

Qazaxıstanın cənubunda qar uçqunu altından xilas olan hərbçilərin sayı 16 nəfərə çatdı.

Xudaferin.eu xəbər verir ki, bu barədə RİA Novosti-yə Qazaxıstan DİN-in Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankuliyev bildirib.    

“Xilas olanların sayı 10-dan 16-ya çatıb, Ölənlərin sayı əvvəlki kimi 7 nəfərdir”, - o deyib.

Daha öncə Qazaxıstanın Müdafiə Nazirliyi hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat yaymışdı.

Xudaferin.eu

18:02