Qardaş Türkiyənin bugünkü halı

Bu yazını mütləq oxumağa çalışın
Bu bir millət, iki dövlət dediyimiz, qardaş Türkiyənin bugünkü halıdır, Dünyəvi Atatürk Türkiyəsinin bugünkü vəziyyətidir. Narahat olmayın, yazı sizi yeməyəcək, əksinə, oxuduqdan sonra özünüz-özünüzü yeyəcəksiniz.
Ölkəmiz Orta Şərqli bir zehniyyət tərəfindən, Orta Şərq üslubunda yönləndirilir, görünən odur ki, çox tezliklə biz də Orta Şərqə  çevriləcəyik.

Orta Şərqli olmaq nədir bilirsiniz mi?
— Ölümü ucaldıb gözəl yaşamağı alçaltmaq Orta Şərqli olmaqdır.
— Dini ucaldıb elmə qayğısız yanaşmaq Orta Şərqli olmaqdır.
— Lideri ucaldıb yaxşı sistem qurmağı alçaltmaq Orta Şərqli olmaqdır.
— İmanı ucaldıb ağlı alçaltmaq Orta Şərqli olmaqdır.
— Duyğuları ucaldıb məntiqi alçaltmaq Orta Şərqli olmaqdır.
— Podratçını ucaldıb mühəndisi alçaltmaqdır Orta Şərqli olmaq.
— Universitetləri ilə deyil, məscidləri ilə fəxr etməkdir Orta Şərqli olmaq.

— “Alnı səcdədədir” deyib zorba və oğruçu siyasətçilərə səs vermək Orta Şərqli olmaqdır.
—İmamları ucaldıb filosofları alçaltmaq Orta Şərqli olmaqdır.
— Ev qadınını ucaldıb, işgüzar xanımı alçaltmaq Orta Şərqli olmaqdır.
— Öz uşaqlarını Amerikada oxudub xalq uşaqlarını imam məktəblərinə məcburən göndərmək Orta Şərqli olmaqdır. 
— Sözü yüksək olanın deyil, səsi yüksək olanın yaxşı lider olduğunu düşünmək Orta Şərqli olmaqdır.
— Korporativ həllər tapmaq yerinə xarizmatik liderə sitayiş etmək Orta Şərqli olmaqdır.
— Səhvlərindən dərs çıxarmaq əvəzinə, özünə haqq qazandırıb öz həyatını bataqlığa çevirmək Orta Şərqli olmaqdır.
— Vəziyyətdən çıxış axtarmaq yerinə “betərin betəri var” deyib özünü ovutmaq Orta Şərqli olmaqdır.
— Öz səhvini görmək yerinə həmişə xarici qüvvələri günahlandırmaq Orta Şərqli olmaqdır.
— Orta Şərqli o qədər şeytanı daşlayar ki, ibadət etməyə zaman tapmaz.
— Öz həyatında heç bir uğur qazanmasa da, həmişə nəsli ilə fəxr etmək Orta Şərqli olmaqdır.
— Sıxılmış bir yumruğun açıq bir əldən daha güclü olduğuna inanmaq  Orta Şərqli olmaqdır.

Yuxarıdakı maddələrin bir çoxunun dinlə əlaqəli olduğunu görürsünüz, sizcə niyə? Çünki orta şərqlilərin beyninin 75%-i dinlə bağlıdır. Buna görə də beyində başqa mövzulara yer qalmır.

Onun beyni ilə bağlı dediyiniz hər fikri dininə hücum sayar. 

İronik halda Orta Şərqdə yaşayanlar ölkələrinin sıxıcı mühitindən qaçıb Türkiyəyə turist olaraq gəlir. Türkiyə idarəçiləri isə getdikcə  ölkəmiz Orta Şərqə çevirir.

Bir neçə ildir ki, yaşadığım ilin yarısını xarici ölkədə keçirirəm. Xarici ölkədə getdiyim ən yaxşı məkanların, ən yaxşı yerlərində ərəb şeyxlərinin övladları yanlarındakı rus sevgililəri ilə oturduğunu görürəm. Öz ölkələrini modernləşdirmək əvəzinə modern ölkədə həyatlarını yaşayırlar, öz xalqlarına isə din yamayırlar.
Bu adamların ölkəsinə gedib “Bu insanlar sizə dini bir ölkədə yaşamağı tərifləyir, özləri isə xaricdə dünyəvi həyat yaşayır” desəm, məni o diktatorların polislərindən öncə yoxsul xalq məhv edər. Cəlladına aşiq zehniyyət li insanlar üçün nə edilə bilər axı?

Bu açıqlamanı heç kimin fikrini dəyişmək üçün yazmamışam. Məntiqə inanmayan insanların məntiqli cümlələrlə dəyişdirilə bilməyəcəyini dərk edəcək qədər təcrübəm var. Bu həyatda bəziləri ağılla öyrənir, bəziləri isə acı ilə… Təəssüf ki bu coğrafi ərazi acı ilə öyrənənlərin yeridir.
Bu sadəcə gələcəkdə “Mən demişdim axı” demək üçün yazılmış bir yazıdır.

Bu torpaqlarda hər şey bir gün açığa çıxır, ancaq həmişə insanlar anlamağa geçikirlər. Hər kəs bir gün nəyin nə olduğunu anlayacaq, amma yenə də gecikəcəklər.
İnkşaf etməyənlərin təlehi iki kəlmədə gizlidir: İdrak gecikməsi!

Mətbuatın 300 il gec gəldiyi bir toplumda məntiq də lazım olduğundan 30 il gec gələr. Məntiqli  səbəb və nəticəni ortaya qoymaq üçün 30 il mühabisə etmək lazım gəlir!

“Coğrafiya talehin özüdür” — deyə, İbn Haldın deyib, bizim talehimiz də idrak gecikməsidir!

Mömün Sekman 
Sosioloq

Xudaferin.eu

16:31