Sosial şəbəkədə Qaradağ rayonu ərazisində, yol kənarına quraşdırılan günəş panellərinin işlək vəziyyətdə olmaması ilə bağlı video yerləşdirilib.
Oxu.Az xəbər verir ki, Elçin Abbasov adlı sosial şəbəkə istifadəçisi ərazidə olan panellərin işlək vəziyyətdə olmaması, ümumiyyətlə, qurğular quraşdırılmaması ilə bağlı video-rolik hazırlayıb.
Xəbəri dəqiqləşdirmək məqsədilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Məlum oldu ki, görüntülər Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “Sahil Günəş Elektrik Stansiyası”ndandır.
Agentlikdən bildirildi ki, “Sahil” stansiyası ən qısa zamanda istifadəyə veriləcək. Hazırda açılış üçün hazırlıq işləri görülür:
“Sahil” Günəş Elektrik Stansiyasında qurğular hələ qoşulmayıb. Bu stansiya istismara verildikdən sonra Sumqayıt şəhərində tikilməkdə olan günəş elektrik stansiyası da istifadəyə veriləcək.
Sumqayıt stansiyası il ərzində 3 milyon kilovatdan artıq alternativ enerji istehsal etməyə imkan verəcək. Bu stansiyanın 2018-ci ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır”.
Qeyd edək ki, hazırda Qobustan, Samux, Pirallahı və Suraxanı qəsəbələrində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Bu stansiyaların quraşdırılmasında məqsəd alternativ enerji əldə etməklə etibarlı elektrik ötürmə sisteminin yaradılmasıdır.
Xatırladaq ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2016-cı il üzrə hesabatına görə, ölkədə bütün mənbələr hesabına istehsal olunmuş 23073,9 milyon kVt∙st elektrik enerjisinin 2141,8 milyon kVt∙st-ı və yaxud 9,3 faizi alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) payına düşüb.
2016-cı ildə 2015-ci illə müqayisədə elektrik enerjisinin ümumi istehsalı 100,8 faiz, onun ABOEM üzrə istehsalı isə 117,1 faiz təşkil edib. ABOEM hesabına 4212,4 Qkal istilik enerjisi istehsal olunub, bu da müqayisə olunan dövrə nisbətdə 2,0 faiz artım deməkdir.
Qaradağdakı günəş panelləri niyə işlək deyil?

Oxu.az
18:57
Digər xəbərlər