Qarabağı necə alaq? Savaş tərəfdarlarının sayı artır

 

Bu il Azərbaycanla Ermənistan arasında atəşkəs sənədinin imzalanmasının 23 ili tamam olacaq. Geridə qalan bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar heç bir nəticə verməyib. Dağlıq Qarabağ münaqişəsi nəinki iki dövlət arasında, dünyadakı güc mərkəzlərinin də zaman-zaman müzakirə obyekti olub. Amma aparılan danışıqlar, verilən vədlər boş və mənasız müzakirələrlə nəticə verib. Dağlıq Qarabağın həll variantı hərb yoxsa, sülhdür? İctimaiyyət, ziyalılar, siyasətçilər bu haqda nə düşünülür?

“Hərb yoluna keçməyimiz istisna deyil”

Millət vəkili, politoloq Elman Nəsirli açıqlamasında deyib ki, əslində Qarabağ münaqişəsinin iki həll variantı var: “Biri sülh, digəri isə hərbdir. Azərbaycan sülh danışıqlarına sadiqdir. Eyni zamanda hərb yoluna keçməyimiz də istisna deyil. Bu da beynəlxalq hüquq prinsiplərinə tamamilə uyğundur. Çünki BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüquqi var. O addımını həm sülh, həm də hərbi yolla reallaşdıra bilər. Hələ ki biz sülh yoluna sadiqik. Eyni zamanda hərb yolunu da istisna etmirik”.

Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, münaqişənin həll variantı situasiyadan asılıdr: “İndiki məqamda hərb yolunu tutmağa həm şərait, həm də situasiya imkan vermir. Sülh yolu ilə isə torpaqlarımızı ermənilər qaytarmır. Əslində bu məsələdə nə hərb, nə də sülh yolunu seçmək mümkün olmur. İstənilən halda torpaqları hərb yolu ilə almaq mümkündür. Bu sorğuya birmənalı cavab vermək olmaz. Həll variantına qalsa, hərəsinin öz yeri var”.

“Yeraltı sular” hara axır, bilmirik”

Xalq artisti Flora Kərimova qeyd edib ki, hər iki variantın çox vacib nüansları var: “Onun “yeraltı su axarları” var. O yeraltı sularından xəbərsizik. Bu münaqişədə əsas tələb yalnız savaş etmək deyil, eyni zamanda əhalini sağ-salamat qorumaqdır. Həddindən artıq iqtisadi problemlərimiz ola bilər, nələrdənsə narazı ola bilərik. Ermənistan Azərbaycanı hər an qorxu altında saxlamağa maraqlıdır. Bir himə bənddirlər ki, hər an təxribata əl atsınlar. Bizə Türkiyədən başqa dəstək çıxan yoxdur. Onların isə öz maraqları özləri üçün bizdən üstündür. Türkiyə bizə onların dərdi bizim dərdimizlə ahəng olanda dəstək verir. Bəlkə də elə anlar olur ki, Türkiyənin imkanı olmur ki, bizə dəstək versin. Heyf ki, təkik...heç kim yoxdur. Yalnız postsovet ölkələrdən Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus bizi müdafiə edirlər. Ona görə düşünürəm ki, istər hərb, istərsə də sülh variantı olsun, gedəcəyimiz yolda axınların ola biləcəyindən xəbərsizik. O dəryalar, çuxurlar hansı dərinliklərdədir, onu da bilmirik. Vətənimizi, Qarabağımızı, müstəqilliyimizi qorumaq naminə siyasi addımları atarkən son dərəcə diqqətli olmalıyıq, min ölçüb, bir biçmək məcburiyyətindəyik. Tələsik hansısa nəticələr çıxarmaq, qərarlar qəbul etmək lazım deyil. Əsas odur ki, xalqın əzmi var və ictimaiyyətin fikrini sınaya-sınaya addımlayırıq. Düzdür, bu münaqişə uzun illərdir ki, həll olunmur. Bəs Koreya neyləsin, iki yerə bölünüb, indiyədək mübarizədədirlər”.

 

“Səhv addım atsaydıq...”

Flora Kərimova əlavə edib ki, Azərbaycana 1990-cı illərdə də müəyyən təxribat cəhdləri olmuşdu: “Bizi şantaj edib Gəncəni almaq istəyirdilər. O illərdə səhv addım atsaydıq Gəncə əlimizdən çıxacaqdı. Bax o qədər harınlamışdılar. Siyasət bütün atılan addımlarda həddən artıq düşünmək və diqqət tələb edir. Elə etmək lazımdır ki, əlimizdə olanları da itirmək, qoruyub saxlaya bilək”.

AXCP funksioneri Rafiq Daşdəmirli qeyd edib ki, əslində müharibə 1988- ci ildən başlanıb: “Əsasən isə 1990- cı ildən bəri Qarabağda müharibə gedir. 1995- ci ilin may ayından atəşkəs imzalansa da indiyə kimi Ermənistan buna əməl etməyib. Elə bir ay ola bilməz ki, sərhədlərimiz atəşə tutulmasın, kəndlərimizə minalar atılmasın. BMT 4 qətnamə qəbul edib, ancaq hələ də sülhə nail ola bilməmişik. Neçə illərdir iki ölkə rəhbərləri arasında danışıqlar gedir. Amma hələ də sülhə nail olunmayıb. Danışıqlar masasından sonra cəbhədə atəş rejimi daha da pozulub. Ümumiyyətlə, ATƏT in Minsk Qrupu sülhlə nəsə edə biliblər ki, sülh baş versin. Əgər sülh yolu seçilərsə və Qarabağa yüksək status verilərsə, o zaman biz indiyə qədər olan şəhidləriimizin ruhunu incitmiş olarıq”.
Partiya rəsmisinin fikrincə, Rusiyanın ermənilərə təmannasız verdiyi silah sursat, hərbi texnika, eləcə də Rusiyanin Ermənistandakı hərbi bazaları Qarabağa yönəlməsə qələbə qaçılmazdır: “Bunun üçün Azərbaycan Rusiyadan zamanət almalıdır ki, onların erməni rus müttəfiqliyi bizə qarşı çevrilməsin. Ondan sonra az müddətdə Qarabağda hərb yolla qələbəmiz qaçılmazdır. Hazırda rəşadətli ordumuz, mübariz xalqımız var. Biz bunu aprel döyüşləri vaxtında gördük. Düşünürəm ki, neçə illərdir ortaya atılan sülh danışıqlarını tam dayandırmalı, ancaq və ancaq muharibə ilə torpaqlarımızı azad etməliyik. Vətən torpağını sevən vətəndaş olar”.

“Onlarla sülh mümkün deyil”

Dini ekspert Tural İrfanın qənaətinə görə, Qarabağın taleyi hökmən hərblə həll oluna bilər: “Erməni elə bir millətdir ki, onlarla sülh mümkün deyil, danışıq da həmçinin... Etibarsız, vəfasız, xəyanətkar, saxtakar, məkrli bir toplumla hansı danışıq aparmaq olar. 25 ildir danışıq aparılır. Nə mənası var? Xaç dünyası durub arxasında... Xocalı soyqırımından sonra Roma Papası ermənilərə məktub yollayaraq Xaç yürüşünü alqışlayıb və onları tərifləyib... Azərbaycan Türkiyə, Pakistan və digər dost dövlətlərlə birləşib qəfildən İrəvana qədər irəliləməlidir. Sonra Qarabağda həyatı bərpa etməlidir. Bu müddət ərzində də ermənilər bizim ayağımıza düşməlidir ki, İrəvanı qaytarın. Bir 25 il də biz onları süründürməliyik. Rus, İran heç bir şey edə bilməz. Qərbin və Amerikanın maraqları yol verməz ki, Rusiya erməniləri 1992- ci ildəki kimi hərbi müdafiə etsin. Bütün gücümüzü ortaya qoyub yardımını bizə təklif edən, atom silahına sahib olan Pakistan kimi dostların hərbi yardımı ilə və başqa qüvvələrin, bir sözlə türk dünyasının dəstəyi ilə Qarabağı fasiləsiz və elan olunmamış qəfil müharibə ilə almalıyıq. Bununla da Ermənistanı iflic və şok vəziyyətinə salarıq. Səddam Hüseyn Küveyt kimi bir dövləti qısa zamanda tutmuşdu. Bir neçə ay da əlində saxladı. Bütün dünya ona qarşı qalxıb Küveyti geri qaytardı. Çünki Küveyt İraqın deyildi. Ancaq Qarabağ bizimdir və dünya bunu bilir. Ona görə heç kəsin hüququ yoxdur ki, müdaxilə etsin. Uzağı, BMT-nin qoşunları müdaxilə edib sülh prosesinə təşkilatçılıq edə bilər. Erməni normal bir millət deyil ki, onunla normal müharibə aparasan. Onlarla özlərinin dilində, amansızlıq, qəddarlıq və qətiyyət dilində danışmaq lazımdır. Sonunu düşünən qəhrəman olmaz”.

 

“50 il də danışıq aparsaq da torpaq qayıtmayacaq”

Ekspert deyib ki, ermənilər dünyada xof yaradıb ki, guya Azərbaycan hücuma keçərsə, Rusiya Ermənistana hərbi dəstək verəcək: “Qətiyyən bu belə deyil. Rusiya bir çox amillərə, tək ermənilərə görə bir çox başqa maraqlarının üstündən xətt çəkməyəcək. Qarabağın azadlıq yolu hərbdir. Hələ ki, dünyada hərblə işğal olunan torpağın sülhlə azad olunduğunu görməmişik. Orduyla yanaşı Qarabağ Müqavimət Hərəkatı yaradıb, qəfil hücuma keçib İrəvanda dayanmalıyıq. Dünyada böyük amansız döyüş təcrübəsi olan İsrail dövləti ilə münasibətlər zəminində onların hər hansı köməyindən də bəhrələnməliyik. 6 günə bir neçə Ərəb ölkəsinin dizini yerə gətirən bir dövlətin dostluğundan bəhrələnməmək acizlik olardı. Əgər İran bu savaşda yenə xəyanət edib erməniyə tərəf dursa, İsrailin də hərbi müdaxiləsinə yol vermək olar. Biz kiminsə torpağını işğal etmirik. Öz torpağımızı qaytarırıq. Özümüz qabağa düşməsək, kimsə gəlib deməyəcək ki, gəlin, mən müharibə ilə sizin torpağınızı qaytarım. Ona görə biz başlamalıyıq. Əminəm ki, Ermənistanla indən belə 50 il də danışıq aparsaq torpaq qayıtmayacaq. Aprel döyüşündə müharibə ilə 4 günə xeyli ərazi qaytarıldı. Bax bu, real təcrübədir. Danışıqların uzanması erməninin xeyrinə işləyir. Qarabağ yalnız hərb yolu ilə azad edilə bilər. Lakin çox itkili hərb yox... Dərin düşünülmüş, qəfil, amansız, fasiləsiz, heç bir xarici müdaxiləyə, təziqə əhəmiyyət vermədən... Bizə Türkiyə və Pakistanın köməyi yetər”.

“Sülhlə torpaq qayıtmaz”

 

Vətəndaş Şahin Orucov: “Əgər 4 minlik tariximizi səhifələsək görərik ki, qanla götürülmüş torpaq sülhlə qaytarılmayıb. Qana-qan olub həmişə... Əgər erməni yalvarsa ki, gəl zəbt etdiyim torpaqları sənə qaytarıram, onun 1santimetrini də götürmərəm. Bəs verilən neçə minlərlə şəhid? Mən erməninin bizə verdiyi zülmü artıqlaması ilə ona ödətdirməsəm bu torpağın, uşağın və qadının gözünə baxmaq utanvericidir”.

Jurnalist Tahirə Qafarlı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi güc və diplomatik gücün vəhdəti ilə mümkün olacaq: “Azərbaycan tərəfi artıq 22 ildir beynəlxalq maraqları ifadə edən və ATƏT-in Minsk qrupunun xətti ilə aparılan sülh danışıqlarından imtina etməlidir. Əgər bu sülhyaratma siyasəti heç bir nəticə vermirsə, hər dəfə başımızı aparıb "danışıq daşı"na vurmaqla, ancaq maraqlara xidmət etmiş olur və uduzuruq. Əgər Minsk Qrupunda olan dövlətlər Qarabağ münaqişəsinin "qapısını" bağlayıb, bizə bu vəziyyətdən çıxmağa yol vermirlərsə, o zaman başqa yollar aranmalıdır. Minsk qrupunun apardığı danışıqlar heç bir nəticə vürməyəcək və münaqişə bu minivalla hələ neçə illər uzanacaq. Deyək ki, Minsk Qrupu bizdən əl çəkmir. Yəni bu münaqişə beynəlxalq müstəviyə keçib, həlli tək bizdən asılı deyil. O zaman Azərbaycan tərəfi münaqişənin həllini nə Rusiyanın nə də başqa bir dövlətin tabeçiliyinə keçməkdə axtarmamalıdır. Rusiya və digər böyük dövlətlərin istilaçı maraqları həmişə olub və olacaq. Deməli, heç kəsə güvənmədən, yalnız diplomatik əməkdaşlıqların qurulması, ciddi diplomatiya, qüdrətli ordu və xalqın torpaqları işğaldan azad etməsi üçün ayağa qalxması bu iproblemi həll edəcək. Heç kəs öz xoşuna bizə torpaq verməyəcək, əgər özümüz almasaq... Bu məsələdə hərb də var, diplomatiya da, xalqın tələbi də...”

Alçina Amilqızı

Cebhe.info

 

10:41