Qarabağ Universitetinin yaranmasından 2 il keçir.

Bu ilin sentyabr ayında Xankəndində idim və fürsət tapıb Qaravağ Universitetinə baş çəkdim.

İnanın el dilində desəm-"matım, mutum" qurudu.

Yaranığı gündən nigaran qaldığım Universiteti necə izah edim ki, fikrimi düzgün başa düşüb anlayasınız.

Bu 35 il qürbət həyatimda Avropada çox Universitetlərə baş çəkmişəm, ailəmizdə həmin Universitetlərin 2 tələbəsi böyüyüb. Yani aşağı-yuxarı Avropada çox Universitetlər görmüşəm.

Gördüyüm Avropa Universitetləri, Qarabağ Universitetinin yanında sankı peşə məktəbinə bənzəyirlər...

Təkcə Universitetin Tibbi Korpusu dünya ali tibb müəssisələrinə və təhsil ocaqlaına bir nümunədir.

Xankəndində 4 gün qaldığım ev Universitetə yaxın olduğu üçün axşamlar fudbol və idmanın digər növləri ilə məşğul olan tələbələrə qoşulardım…

Mən həyatım boyu belə mədəni və tərbiyyəli tələbələr görməmişəm. Bir nəfər olsun siqaret cəkən, yerə tüpürən, zibili hara gəldi atan saqqalı tələbə görmədim. Hamısı sadə və səliqəli geyimli kübar gənclər idi.

Bakıda adını çəkmədiyim bir Universitetində oldum, tələbələr hamısı saqqallı- özüdə saqqalların qız qaşı kimi düz xətlə yolunmuş, əllərində siqaret sankı Litvanın hizbullah məktəbinin müdavimləridırlər…

Deməli istəsək Bakıdakı bazara döndərdiyimiz ali məktəbləri, Xankəndindəki Qarabağ Universitetin səviyyəsinə çatdıra bilərik, yetərki rəhbərlik vətən sevdalılarının əlində olsun...

P.S. Böyük yazarımız, humanizmin rəmzi olan Seyran Səxavət Bakidan mənə zəng edirki Qarabağ Universitetinə 1000 kitam toplayıb, bir maşın olsaydı aprardl...

Əziz Seyran Müəllim o kitabları aparmağı çətin adam tapaq, gözləyin yeni il qabağı Bakıda olacam və özüm apararam...

Hörmətlə Sizin Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

22:21