Qarabağ qazisi telekanalları qınadı: İşğalda olan şou-biznesdir, yoxsa Qarabağ?

2016-cı ilin aprel döyüşlərində qəhramanlıq göstərən və döyüşlərdə gözünü və ayağını itirən Azərbaycan ordusunun baş leytenantı Kamil Musəvi telekanallardakı vəziyyəti kəskin şəkildə qınayıb.

Xudaferin.eu-nun məlumatına görə, qazimiz TV-lərdə vətənpərvərliyin təbliğ olunmasının vacib olduğunu bildirib.

“Nə vaxt televiziyanı açırıq, şou proqramlar, nə vaxt televiziyanı açırıq, şou verilişlər. Başa düşə bilmirəm, bizim işğalda olan şou-biznesimizdir, ya torpaqlarımız. Mən bunu kiməsə irad tutmaq üçün demirəm. Bunu ürək ağrısı ilə deyirəm. Bunu bizim gənclərimiz izləyir. Bunu bizim cəmiyyətimiz izləyir.

Bizim bu gün bir şeyə ehtiyacımız var. O da vətənpərvərlikdir. Vətənpərvərlik təbliğ olunmalıdır. Vətənpərvərlik bu cəmiyyətə çatdırılmalıdır. Gənc nəsil vətənpərvər ruhda böyüdülməlidir”.

Xudaferin.eu

15:04