Qarabağ köçkünləri “narkoman” adlandıran deputatın müdhiş dosyesi

Biləsuvar rayonunun ərazisində Cəbrayıldan olan 22 min nəfər məcburi köçkünlər yaşayır. Onlar 11 qəsəbədə məskunlaşıblar. Ötən həftə məcburi köçkünlər sosial problemlərlə bağlı etiraz aksiyası keçiriblər. Bu zaman yerli hakimiyyət nümayəndələri köçkünlərlə polis arasında süni şəkildə insident yaratmağa da nail olublar. Məcburi köçkünlərdən xeyli vətəndaş isə “polisə müqavimət” adı altında həbs olunublar. Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət son iki devalivasiyadan sonra, məcburi köçkünlərin imtiyazlarını ləğv edib. Beləliklə də məcburi köçkünlər ya hakimiyyətin iradəsi sayəsində doğma torpaqlarına geri dönməlidirlər, ya da iqtidar onların sosial problemlərinə dəstək verməlidir, kimi dilemma ortaya çıxıb. Heç bir siyasi mənsubiyyəti olmayan vətəndaşların gözünü qorxutmaq üçün Cəbrayıldan olan insanların həbs edilməsi artıq siyasi məsələ kimi öz rəngini almaqdadır. Məcburi köçkünlərin kompakt şəkildə yaşadıqları düşərgəyə bənzər yaşayış məskənlərində yerli icra orqanları sanki, “faşist düşərgələri”nin oberşturmanları rolunda çıxış edirlər. Əhalini yarıac və ehtiyaclar məngənəsində əzib məhv etmək kimi aparılan siyasət buna görədir. Səsini çıxaranı isə dərhal “şərləyərək” digərlərinin gözünün xofunu almaq artıq bir ənənəyə çevrilib. Bütün bunlar azmış kimi, Astan Şahverdiyev kimiləri öz haqlarını tələb edən insanları təhqir etməkdən belə çəkinmirlər. Bütün bunlar problemin görünən tərəfidir. Bunu dərhal ölkə KİV-ləri vaxtında işıqlandıra bildilər. İstənilən KİV nümayəndəsi Cəbrayıl köçkünlərinin yaşadığı bölgədən xüsusi reportajlar hazırlamış olsa, o zaman görün daha nələr, nə kimi ağır və üzücü faciələrin şahidi ola bilərlər.

İndi keçək bu rayondan olan deputat Astan Şahverdiyevin əməllərinə. Xalqı “narkoman” adlandıran bu deputatın nə kimi işləkləri varmış. Hadisə olan günü sən demə, Astan Şahverdiyevin Cəbrayıl rayon polis idarəsinin rəisi olan qardaşı Araz Şahverdiyevlə rayon icra hakimiyyətinin başçısı Kamal Həsənovun arasında insident yaşanılıb. Şəxsi zəmində baş vermiş mübahisə nəticəsində Şahin Şahverdiyev tüfənglə icra başçısının başının üzərindən atəş açıb. Redaksiyamıza daxil olan məlumata görə, bu insident əslində deputat Astan Şahverdiyevin bacısı oğlu Şahin Şahvediyevə görə yaranıb. Məlumatda bildirilir ki, deputatın müdaxiləsindən sonra məsələnin böyüməsinin qarşısı alınıb. Başqa bir məsələ-əməkdar artist Firuzə İbadovun torpaq sahəsi deputat tərəfindən ələ keçiriib: “Millət vəkili Astan Şahverdiyevin kürəkəni Aqil Fətəliyev məni aldadaraq, fırıldaq yolu ilə torpağımı əlimdən alıb. İkinci alıcı vasitəsilə torpağı satdım. Bunu mənim torpağımı alan ikinci satıcı qismində alqı-satqıda iştirak edən Rəşid Əhməd oğlu Allahyarov da təsdiqləyə bilər. Bu günə qədər mənim haqqım olan nə pul mənə verilir, nə də torpağım geri qaytarılır. Millət vəkili ilə dəfələrlə əlaqə yaratmağa çalışsam da, o, bu görüşə razılıq verməyib”.
Astan Şahverdiyevin biznes imperiyasına daxil olan obyektlərini saymaqla bitməz. Təkcə Abşeron rayonunun Müşfiqabad qəsəbəsindəki qaçqın şəhərciyində Milli Məclis üzvünün 20-yə yaxın irili-xırdalı obyekti var. Bunların içərisində ən böyüyü "Qarabağ" marketlər və apteklər şəbəkəsidir. Redaksiyamıza daxil olan mənbələrə görə, parlamentin nümayəndəsi müvafiq qanunlara qətiyyən əhəmiyyət vermir. O günü-gündən biznesini genişləndirir və nəticədə maliyyə imkanlarını daha da artırır.

Xudaferin.eu

 

18:17