Qarabağ döyüşçüləri Zakir Həsənova rəsmi müracət etdilər - "Döyüşmək istəyirik"

 

Cəbhədə son döyüşlərlə bağlı yüzlərlə ehtiyatda olan zabitlərimiz Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edib

Bu barədə özəl açıqlamsında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. O, vurğulayıb ki, hər dəfə olduğu kimi, son döyüşlərlə bağlı ehtiyatda olan yüzlərlə zabitimiz, xüsusən də Qarabağ döyüşçüləri cəbhəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib: "Müraciətdə bildirilir ki, cəbhədə əsgərlərlə akobda dayanmaq, düşmənə sarsıdıcı zərbələrin vurulmasında, ərazilərimizin işğaldan azad olunmasında daha çevik iştirak etmək istəyirik”.

C.Xəlilov əlavə edib ki, belə müraciətlər həddən artıq çoxdur: "Amma nazirlik bildirib ki, hələlik bizlərə ehtiyac yoxdur. Bizim rezerv qüvvə kimi lazım olanda çağırılacağımız qeyd olunub”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Böyük Vətən Müharibəsinin iştirakçıları belə, 95-97 yaşlı insanlar Müdafiə Nazirliyinə müraciət edirlər: "onların da məqsədləri gedib Azərbaycan əsgər və zabitinə dəstək olmaqdır".
 

Politika.Az

 

09:13