"Qarabağ Azərbaycandır!" Birinci Ankara Simpoziumunda Azərbaycan-Türkiyə münasibətləri yüksək dəyərləndirilib
Azərbaycan Gənclər və İdman Nazirliyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Türkiyə Evi (ATEV) və "Yeni Çağ" Media Qrupunun təşkilatçılığı ilə Türkiyə paytaxtında yerləşən Ulucanlar Həbsxana Muzeyində "Qarabağ Azərbaycandır!" Birinci Ankara Simpoziumu keçirilib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, simpozium şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Qarabağ Zəfərini tərənnüm edən film nümayiş olunub.
Qarabağ Qələbəsinin qazanılmasında Türkiyənin verdiyi qardaşlıq dəstəyinin, türk ictimaiyyətinin və media qurumlarının rolunun müzakirə edildiyi simpoziuma Türkiyə və Azərbaycandan deputatlar, QHT rəhbərləri, jurnalistlər və ictimaiyyətin tanınmış nümayəndələri qatılıblar.
İki hissəli sipmoziumun açılış mərasimində AYD-nin sədri Sinan Burhan, Türkiyə Böyük Millət Məclisinin deputatı Nazim Maviş, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Ərən, ATEV-in sədri Tənzilə Rüstəmxanlı, Radio-Televiziya Jurnalistləri Dərnəyinin sədri Şəbnəm Bursalı və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgərin çıxışları dinlənilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri İkinci Qarabağ savaşında bir daha tarixin sınağından mərdliklə çıxaraq daha sıx bağlarla möhkəmlənib.
Simpoziumun birinci – “Media” paneli Türkiyənin "Akşam" qəzetinin Ankara nümayəndəsi Emin Pazarcının sədrliyi ilə keçirilib.
Bu paneldə Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı, "Kanal D" telekanalının Ankara təmsilçisi Zəfər Şahin, "Kanal 7"nin Ankara nümayəndəsi Mehmet Acet və "Yeni Akit" qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı çıxış edərək ölkələrimiz arasındakı media əlaqələrindən, bu münasibətlərin gələcəyindən danışıb, sözügedən sahədə həmrəyliyin qorunmasının vacibliyinə diqqət çəkiblər.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdilinin sədrliyi ilə keçirilən ikinci – “Gənclik” panelində "EkoAvrasya"nın sədri Hikmət Ərən, AGAH-ın sədri Təbriz Raufoğlu, araşdırmaçı-yazar Dəniz Dəmir və diaspor fəalı Rəşid Mustafazadə mövzu ətrafında müzakirə aparıblar.
Çıxışçılarda 44 günlük Vətən müharibəsi davam edərkən hər iki ölkənin gənclərinin sosial mediada birlikdə informasiya müharibəsi aparmalarından söz açılıb.
Sabir Şahtaxtı

Xudaferin.eu
22:04
Digər xəbərlər