“Qara bazar”ı kimlər idarə edir? Hüquq-mühafizə orqanlarının araşdırmalara başlaması və saxlanılanların olması ilə bağlı məlumatların yayılmasından dərhal sonra "qara bazar" müəyyən mənada fəaliyyətini dondurub. APA Analitik Mərkəzi yazır ki, hazırda paytaxtda əhalinin sıx olduğu yerlərdə, xüsusən "28 May" metro stansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində "qara bazar" iştirakçılarının bazarı "ölüb". Hələlik, onlar müştərilərə açıq-aşkar dollar təklif etməkdən ehtiyatlanır.
"Qara bazar" passivləşsə də dollar alış-satışı üçün ən cəlbedici yer olaraq qalır. Əvvəla ona görə ki, banklardan fərqli olaraq "qara bazar"dan dollar almaq mümkündür və ya bir qədər yumşaq desək daha asandır. Düzdür, hələlik qeyri-qanuni bazarda xarici valyuta satışı dayandırılıb, amma banklarda dollar tapmaq hələ də müşküldür. Məhz buna görə də banklara məxsus valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərdiyi zamanda "qara bazar" daha çox yalnız istirahət və bayram günlərində canlanırdısa, hazırda banklarda dolların satılmaması qeyri-qanunu valyuta bazarında "iş günləri"nin sayını artırır. 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri bu gün ölkədə "qara bazar” tüğyan etməsindən narahatlığını ifadə edib. "Qara bazar"da dollar satışına münasibət bildirən deputat Yevda Abramov deyib ki, əlaqədar qurumlar vəziyyətə nəzarəti itirib: "Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarda bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür".
Böyük ehtimalla, Y. Abramovdan incik düşən bu işə nəzarət etməli olan, lakin etməyən dövlət qurumlarıdır. Digər millət vəkili Elmira Axundovanın narazılığını da diqqətinizə çatdırırıq: "Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq "qara bazar"da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpasını təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı".
Fikir verin, "qara bazar"ın mövcud olmasını, yaranma səbəblərini, hətta problemin necə aradan qaldırılmasını yalnız mətbuat, sıravi vətəndaş deyil, millət vəkilləri də bilir, lakin məsul qurumlar ya bilməzdən gəlirlər, ya da onlara yaranmış durum onlara sərf edir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev isə deyir ki, valyuta hərracında satılan və banklar tərəfindən alınan dollar kütləsinin sonuncu sentinədək sahibkarlara satılır: "Rəsmi statistikaya nəzər salsaq görərik ki, ölkəyə idxal olunan malların həcmi azalmayıb. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, banklar tərəfindən valyuta hərraclarında alınan dollar kütləsinin böyük əksəriyyəti idxalla məşğul olan sahibkarlara satılır, o cümlədən xarici öhdəliklərin yerinə yetirilməsinə yönəlir. Hətta banklar sahibkarların dollara olan tələbatını da tam ödəyə bilmir. Banklar valyuta istehsalçısı deyillər. Bu səbəbdən, banklar valyuta alqı-satqısı prosesində yalnız vasitəçilik edir. Əgər banklar bu gün tam şəkildə öz funksiyalarını yerinə yetirirsə, lakin valyuta bazarda bir əmtəə olaraq bazarda yetərincə həcmdə deyilsə, banklar buna qarşı hər hansı imkan görmək imkanında deyillər. Bir daha təkrar edirəm ki, banklar vasitəçilik funksiyasını yerinə yetirir. Məsələni bu cür qoymaq lazımdır - valyuta varmı, bank onu satsın və gəlir əldə etsin?"
Başqa sözlə, sıravi vətəndaşın dolların üzünü görməməsi normaldır və ya kim dollar istəyirsə, sahibkarlıqla məşğul olsun, idxal-ixrac əməliyyatları ilə məşğul olsun. Ucuz neft səbəbindən ölkəyə daxil olan valyutanın azalması məlumdur və başa düşüləndir. Amma satış üçün valyutanın heç olmamasını iddia etməyin heç bir izahı yoxdur. Valyuta olmasaydı, "qara bazar"da istənilən məbləğdə dollar satmaq mümkün olmazdı. Bu məqamda haqlı olaraq dollar kütləsinin "qara bazar"a hansı kanallarla çıxması ilə bağlı sual yaranır. Assosiasiya rəhbəri tənzimləyicilər tərəfindən banklara nəzarətin gücləndirildiyini, müvafiq monitorinqlərin davam etdiyini və banklar tərəfindən "qara bazar"a külli miqdarda dolların çıxmaması ilə bağlı addımların atıldığını desə də, bu təbirlərin yetərsiz olduğu aydın görünür. Müxtəlif səviyyələrdə səslənən fikirlərdən də məlum olur ki, valyuta alqı-satqısında vasitəçi olan banklar bu vasitəçilikdən sui-istifadə edir və vasitəçilərlə dolları "qara bazar"a ötürür. İqtisadçı ekspert Vüqar Bayramov "qara bazar"ın yaranmasının səbəbkarının banklar olduğu qənaətindədir: "Qara bazar"ın yaranması təbii ki, dollara olan tələbin ödənilməməsi ilə bağlıdır. Praktiki olaraq, kommersiya bankları aldıqları dolları satmırlarsa, bu halda "qara bazar" yaranır. Çünki vətəndaşın - istər sahibkar, istər adi vətəndaşın dollara ehtiyacı var. Amma vətəndaş və ya biznes kommersiya bankından dollar ala bilmirsə, bu vəsaiti başqa yerdə, başqa sözlə, "qara bazar"da axtarmağa məcburdur. "Qara bazar" kommersiya bankları tərəfindən dollara olan tələbin ödənilmədiyi halda yaranır. Kommersiya bankları dolları valyuta hərracında alır. Biz kommersiya banklarının xarici öhdəlikləri ilə bağlı rəqəmlərə baxsaq görərik ki, banklar aldıqları dolları borcun ödənilməsinə yönəltmir və ya cüzi hissəsini yönəldir. Nəticədə bu cür mənzərə yaranır: bank hərracda dollar alır, lakin satmır. Üstəlik, banklar vətəndaşlardan da dollar alırlar. Nəticədə həmin dollar kütləsi "qara bazar"a gedir. Aparılan monitorinqlərin nəticələri göstərir ki, bu gün "qara bazar"ın yaranma səbəblərindən biri məhz bankların "qara bazar"ın fəaliyyətində maraqlı olmasıdır. Çünki "qara bazar"da daha yüksək məbləğdə satışlar mövcuddur, daha yüksək məzənnə ilə dollar təklif etmək və ya almaq mümkündür. Nəticədə valyuta hərracında banklar tərəfindən alınan dolların bir qismi vətəndaş və biznesin yönəlmir, "qara bazar" vasitəsilə vətəndaşa çatdırılır. Bunun nəticəsində bir sıra banklar gəlir əldə edə bilirlər. Bilirsiniz ki, "qara bazar"ın pul emissiya etmək hüququ yoxdur, hərracda iştirak edə bilmir. Lakin "qara bazar" dolları haradansa almalıdır. Hərracda isə pulu kommersiya bankları alır, "qara bazar"da isə daimi olaraq dollar var. Deməli, "qara bazar"ı dollarla bəzi banklar təmin edir. Aparılan son araşdırmalar da göstərir ki, bəzi banklar "qara bazar"ın saxlanmasında, formalaşmasında maraqlıdır. "Qara bazar" olduqca manata təzyiq artır. Çünki vətəndaş bankdan dollar ala bilmirsə, bu, psixoloji təzyiq yaradır, vətəndaş manatın dəyər itirməsindən narahat olur. "Qara bazar" manata psixoloji təzyiq formalaşdırır və milli valyutamızın dəyərsizləşməsi prosesini sürətləndirir. Bu, onu göstərir ki, "qara bazar" yalnız qeyri-leqal olduğu üçün deyil, həm də manata təzyiqləri artırdığı üçün ləğv olunmalıdır".
V. Bayramov əlavə edib ki, "qara bazar"ın iştirakçısı olanları həbs etməklə məsələnin həllinə nail olmaq çətindir. Onun fikrincə, "qara bazar"a tələb olduğundan həbs olunanların yerinə başqaları gələcək və həmin işlə məşğul olacaqlar. "Qara bazar"ın ləğvinin çətin olmadığını deyən mütəxəssis bu problemin həllini valyutanın banklar vasitəsilə satılmasında görür: "Məsələyə daha kompleks yanaşmaq lazımdır. Hüquq-mühafizə orqanlarından daha çox Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası bu problemin həlli ilə məşğul olmalıdır. Adıçəkilən tənzimləyicilər hər gün kommersiya bankları tərəfindən valyuta satışı ilə bağlı məlumatlar alırlar. Bilirsiniz ki, həftədə iki dəfə valyuta hərracı keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank həftəlik və ya gündəlik olaraq monitorinq aparaq dollar satmayan bankları müəyyən edə bilər. Məsələn, X bank həftə ərzində hərracda 50 milyon dollar aldı və həftə ərzində 1 milyon dollar satıb, borcu öhdəliyini yerinə yetirməyib. O zaman müəyyənləşməlidir ki, 49 milyon dollar haradadır. Əslində meyarların müəyyən olunmasına ehtiyac var. Məsələn, hərracda alınan valyutanın həcmi ilə satılanın arasında fərq varsa, bu vəsait "stock"da saxlanılaraq satılmırsa, həmin banklar hərraca buraxılmamalıdır və ya onlara satılan dolların həcmi minimuma endirilməlidir. Hərracın məqsədi bankların dollar aktivlərinin artırılması deyil. Hərracın məqsədi dollara olan tələbatın ödənilməsidir. Bir şeyə də fikir verilməlidir ki, Dövlət Neft Fondu hərracda satdığı dolların müqabilində aldığı manatın böyük bir qismini saxlayır. Buna baxmayaraq, ARDNF hərracda dollar satışını davam etdirir. Bunun isə səbəbi dollara olan tələbatın ödənilməsidir".
Bank sektorundan əldə etdiyimiz məlumata görə, bir müddət öncə "qara bazar"da əməliyyatların dayandırılması tənzimləyicilər tərəfindən banklarda yoxlamaların aparılması ilə əlaqədar olub. Monitorinqdən dərhal sonra "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov və "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun işdən çıxarılması hər iki rəhbər şəxsin fəaliyyətinin "qara bazar"ı dollarla təmin etmək istiqamətində qurması ilə bağlı şübhələri artırır.
Hüquqşünas Əkrəm Həsənov 2 dövlət bankının rəhbərinin fəaliyyətini dövlətə və xalqa xəyanət kimi dəyərləndirir: "Qara bazarın arxasında banklar durub. Çünki bu qədər valyuta yalnız onlarda ola bilər. Təbii, ən çox da 2 dövlət bankında: "Azərbaycan Beynəlxalq Bankı" ASC-də və "Azər Türk Bank" ASC-də. Elə məhz onların da rəhbərləri buna görə vəzifəsindən kənarlaşdırıldı. İndi təsəvvür edirsinizmi, bank sistemimiz nə gündədir?! Ölkədə 2 dövlət bankı olsun və hər ikisi də dövlətə, xalqa daim xəyanət etsin! Buna nə ad verəsən? "
İqtisadçı-ekspertlər "qara bazar"ın mövcudluğunu valyuta bazarına nəzarət etməli orqan - Mərkəzi Bankın və bankların işini təftiş etməli olan Maliyyə Bazarlarına Nəzarət Palatasının səriştəsiz fəaliyyəti ilə də əlaqələndirir.
Ötən gün Mərkəzi Bankın İdarə Heyətinin sədrinin Elman Rüstəmov isə "qara bazar"la bağlı sualı özünəməxsus cavablandırıb: "Bu işdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir".
E. Rüstəmovun məsələyə yanaşması özünəməxsus və maraqlı olduğu qədər də bir sıra suallar doğurur. "Qara bazar"ın fəaliyyətinə şərait yaradan amillər niyə aradan qaldırılmır? Niyə "qara bazar"dakı məzənnə ilə rəsmi məzənnə arasındakı cüzi fərqin olması müsbət hal kimi dəyərləndirilir? Yaxşı olmazdımı ki, ümumiyyətlə, "qara bazar" olmasın?
Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Nazirliyi isə valyuta bazarında baş verən proseslərlə əlaqədar susqunluq nümayiş etdirir. Hər iki orqan "qara bazar"ın yaranmasına səbəb olan amillərin aradan qaldırılması istiqamətində görülən və planlaşdırılan işlər barədə sorğu ünvanlasaq da, suallarımız cavabsız qalıb. Görünür, deyəcək bir söz yoxdur. Hələlik görünən odur ki, bankların valyuta bazarında satmadığı valyutanın böyük əksəriyyəti asanlıqla "qara bazar"a daxil olur və maliyyə qurumları hələlik bunun qarşısını almaqda acizdirlər və ya bunu istəmirlər. Maliyyə qurumlarının problemdən çıxış yolu "tapa bilməməsi" isə hüquq-mühafizə orqanlarının işini artırır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib ki, ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib: "Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı məlumata görə, maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl xüsusi əməliyyat tədbirləri həyata keçirilir. Məlumata əsasən, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu "qara bazar”da 135 min manata satan zaman saxlanılıblar. Baş idarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs - Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu, məsələnin həlli üçün çıxış yoludurmu? Susan qurumlar danışmalıdır...
“Qara bazar”ı kimlər idarə edir? - Şok ittihamlar

Politika.Az
13:26
Digər xəbərlər