Orta məktəb dərsliklərində rast gəlinən kobud səhvlər, neqativ hallar ictimaiyyətdə narahatlıq yaradıb. Zaman-zaman bu problem qaldırılsa da, nə problem həll olunur, nə də yalnışlıqlara yol verənlər cəzalandırılır. Dərsliklərin yazılması səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilir və tədrisinə icazə verilir. Amma son zamanlar məhz səlahiyyətli orqanların icazəsi ilə dərslik yazan müəllif heyətinin nöqsanları “göz oxşayır”. Onlar dəfələrlə təkrarlanan səhvlər, ciddi kobudluqlar və tarixi yanlışlıqlarla gündəmə gəliblər.
Bu müəlliflərin dərsliklərdə yol verdikləri yanlışlıqlar onların səriştəsiz fəaliyyətini bir daha sübuta yetirmiş olur. İddialar var ki, dərsliklərin yazılmasında buna cavabdeh olan qurumların sifarişləri və tapşırıqları da böyük rol oynayır. Belə çıxır ki, istənilən sahəni təmsil edən şəxs Təhsil Nazirliyinin tenderindən qalib çıxsa, rahatlıqla dərslik müəllifi ola bilər. Məlumat üçün bildirək ki, müəllif heyəti tərəfindən hazırlanan dərslik Təhsil Nazirliyinin tenderindən keçir. Daha sonra o Dərsliklərin Qiymətləndirilməsi Şurası tərəfindən müzakirəyə çıxarılır. Bu Şuranın tərkibindəki mütəxəssislər dərsliyi ekspertizadan keçirir, müsbət və mənfi tərəflərini aşkarlayırlar. Qiymətləndirmə zamanı dərsliyin məzmunu, strukturu, tapşırıqların verilmə şərtləri və s. məqamlar nəzərə alınır. Aşkarlanan səhvlər təkrar müəlliflərə və nəşriyyata təqdim edilir. Nəşriyyat da bu səhvləri qəbul edib etməməkdə sərbəstdir.
Qeyd edək ki, bir müddət əvvəl dərsliklər çap olunandan sonra onların yoxlanması keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilirdi. Dərsliklərdə razst gəlinən nöqsanlarla bağlı aidiyyati qurumlar arasında qalmaqallar da yaşanırdı. Çox vaxt cavabdeh qurum özünü haqlı hesab edir, müxtəlif bəhanələrlə məsulliyyətdən yayınmağı bacarırdı. Dərsliklərdə nöqsanlar qalır və bunun əziyyətini şagirdlər çəkir.
Ekspertlər hesab edir ki, bu gün ən böyük bəlalardan biri dərsliklərin alim təfəkkürü ilə yazılmasıdır. Halbuki dərslikləri uşaqlarla işləyən mütəxəssis yazmalıdır. Dərsliklərimizin dili də çox mürəkkəbdir. Yalnız repetitorların hesabına şagirdlər dərsliklərdə yazılanları qavraya, öyrənə bilir.
Maraqlıdır, dərslikləri kimlər və hansı şərtlərlə yaza bilər?
Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, dərsliklərin indiki şəkildə yazılmasını məqbul hesab etmək olar: “Dərsliklər bu gün 6-7 müəllimin əlindən çıxır. Müəllimlərin müxtəlif yanaşma tərzinin birləşməsindən, məcmusundan bu dərslik ortaya çıxır. Hər halda müəllifdə dərslik yazmaq təcrübəsi mütləq olmalıdır. Vaxtilə təklif vermişdim ki, ali məktəblərin nəzdində dərslik laboratoriyaları yaradılsın və dərsliklərdə dünya təcrübəsi də ehtiva olunsun. Xüsusilə, təbiət və riyaziyyat fənlərini yazarkən dünya təcrübəsindən istifadə edilməlidir. Məsələn, SSRİ dövründə dünyanın ən böyük riyaziyyatçısı Kolmoqorov dərslik müəllifi idi. Dili həddindən artıq çətin olduğundan, müəllim, şagird və valideynlərin təşəbbüsilə dərsliyin yenidən işlənməsi təklif olunmuşdu”.
Ekspertin sözlərinə görə, dərsliklərin hazırlanmasında nəşriyyatların da çox böyük rolu var: “Nəşriyyatların təcrübəli redaktorları, dizaynerləri, məzmunla bağlı mütəxəssisləri demək olar ki, yoxdur. Dərsliklərin tərtibatında hələ Misir Mərdanovun vaxtında yanlışlıqlara yol verilib. Bir çox məsələlərdə məhdudlaşdırmalar həyata keçirildi. İndi bu monopoliyanı təhsil naziri ələ keçirməyə çalışır. Hesab edirəm ki, bu məsələ ictimai müzakirəyə çıxarılmalı və bu müzakirədə hamı iştirak etməlidir. Dərsliyi yazanlar müəyyən kriteriyalara cavab verməldirlər. Onların ixtisası və təcrübələri soruşulmalı, avtobioqrafiyaları araşdırılmalı, ondan sonra dərslik müəllifi olmağa qərar verilməlidir. Bəli, dərslik yazanlar Təhsil Nazirliyinin birbaşa göstərişi, tapşırığı əsasında seçilib. Amma indiki şəraitdə bunların qarşısı alınmalıdır. Məsələn, üzərində akademik imzası varsa, bu o demək deyil ki, dərslik mükəmməldir. Dərsliklər mütləq monitorinq olunmalı və ekspertizadan keçməlidir. Tələbə Qəbulu üzrə Dövlət Komisiyası zamanında dərsliklərdə onlarla səhvlər üzə çıxdı. İddialar var ki, ibtidai siniflər üçün dərslikləri mühəndislər yazıb. Nə vaxt yazıblar bunu? Əlbəttə ki, Misir Mərdanovun vaxtında... Bütün bunlar onun tapşırığı əsasında olub”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirlik rəsmiləri bəsit bir məsələ ilə bağlı onların elektron ünvanına sorğu ünvanlamalı olduğumuzu bildirdi. Qeyd edim ki, 10 gün əvvəl Təhsil Nazirliyinə başqa bir mövzu ilə bağlı da sorğu ünvanlamışıq. Amma həmin sorğuya hələ də cavab verilməyib. Düşünürük ki, növbəti sorğumuzun da ən azı 10 gün sonra cavablandırılma ehtimalı olduğundan oxucularımızı bu mövzuda bir qədər intizarda saxlayacağıq...
Qalmaqallardan sonra: Dərslikləri kim yazmalıdır?

Alçina Amilqızı
Cebhe.info
10:30
Digər xəbərlər