Qadir İbrahimli: “Sosial mənzillərlə bağlı ümidləri artıq dəfn olunmuş saymaq olar”

 

“Azərbaycanda bütün yaxşı ideyaları elə ana bətnindəcə dəfn edirlər. Sosial mənzillərlə bağlı ümidləri artıq dəfn olunmuş saymaq olar”. Bu barədə iqtisadçı Qadir İbrahimli özünün “feysbuk” səhifəsində yazıb.

1. Bu mənzillər satışa çıxarıla və ya özəlləşdirilə bilməz, ancaq artıq satış elanı verilib. Əslində, bu mənzillər simvolik qiymətlərlə aztəminatlı təbəqəyə kirayəyə verilməli idi.

2. Bu xidmətdən qətiyyən kasıb təbəqə yox, orta təbəqə faydalanacaq (Hərbi qulluqçular, elmi işçilər, müəllimlər, idmançılar və s.).
 

Bunun nəyi sosial mənzil oldu?
 

3. Yaşı 35-i keçən kasıb bu mənzillərə yaxın dura bilməyəcək, çünki gənclik yaşı artıq bitib. Yəni yaşı 35-i ötən kasıblara deyəcəklər ki, 35 yaşına qədər ev sahibi ola bilməmisizsənisə, bundan sonra olmayacaqsınız. İndi bunun nəyi sosial mənzil oldu?
 

Şamo
Hurriyyet.org

 

12:35