2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları da yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edildi. Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliyə əsasən həyata keçirilib.
Movzu ilə bağlı “Güzəran”Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli Hurriyyet.org-a bildirib ki, məcburi köçükün ailələrində doğulan uşaqlara ayrılan müavinət çox boyük vəsait deyildi: “Amma bütün hallarda bu məcburi köçkün ailələri üçün kömək idi. Onlara müəyyən bir dəstək verirdi. Təəssüf ki, bu yardımın kəsilməsi məcburi köçkün ailələrinin güzəranına mənfi təsir göstərcək. Ümumiyyətlə, Azərbaycanın sosial mühti getdikcə daha çox dözülməz xarakter alır. Ölkənin büdcə gəlirlərinin azalması hökuməti bir sıra xərcləri azaltmağa vadar edir. Ancaq hökumət lazımsız xərclərlərdən imtina etmək əvəzinə, sosial xərclərə əl gəzdirir. Sosial xərcləri bir az da azaldır. Hesab edirəm ki, məcburi köçkün ailələrində doğulan uşaqlara müavinətin kəsilməsi yanlış qərar idi. Hökumət yaxşı olardı ki, məcburi kökçünlərlə bağlı bu qərarı ləğv edib, köhnə sistemə qayıtsın”.
Q.İbarhimli onu da vurğuladı ki, söhbət yaxşı və ya ps yaşayan məcbiri köçkünlərdən yox, ümumiyyətlə, köçkünlərdən getməlidr: “Bunu biz ünvanlı şəkildə deyə bilmərik ki, hansısa qrup məcburi köçkünün vəziyyəti yaxşıdır. Ancaq ümumilikdə o müavinət həmin zümrəyə böyük dəstək idi”.
Qadir İbrahimli: “Məcburi köçkün ailələrində doğulan uşaqlara müavinətin kəsilməsi yanlış qərardır”

Şamo Emin
Hurriyyet.org
11:16
Digər xəbərlər