Putin Tahir Salahovu təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə  təbrik edib.

Xudaferin.eu xəbər verir ki, təbrik məktubu bu gün Kremlin rəsmi saytında yerləşdirilib. 

“Siz nadir istedada və böyük yaradıcılıq planlarına malik insansınız, siz tələbat olan rəssam və pedaqoqsunuz, parlaq və bacarıqlı tələbələr nəsli yetişdirmisiniz. Əlbəttə, siz müxtəlif planlı, maraqlı sərgi və bərpa layihələrinin reallaşmasına böyük töhfə vermisiniz”.

Prezident Xalq rəssamına cansağlığı və müvəffəqiyyətlər arzulayıb.

Xudaferin.eu

17:36