Putin Sankt-Peterburqda marketdəki partlayışı - Terror adlandırdı

Rusiya Prezidenti Vladimir Putin ötən gün Sankt-Peterburqda supermarketdə baş vermiş partlayışı terror aktı adlandırıb.

Xudaferin.eu xəbər verir ki, V.Putin bu sözləri Suriyada hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərlə görüşü zamanı deyib.

Xatırladaq ki, ötən gün axşam saatlarında mağazanın saxlama kamerasında 200 qr trotil ekvivalentində partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 13 nəfər yaralanıb.

Xudaferin.eu

16:38