Putin dördüncü dəfə prezident oldu

Moskvadakı Böyük Kreml sarayında Vladimir Putinin inauqurasiyası baş tutub. O, dördüncü dəfə Rusiya prezidenti olub. 

Xudaferin.eu xəbər verir ki, Putinin inauqurasiya mərasiminə iş otağından “Kortej” limuzin vasitəsilə yollanıb.

Prezident ilk dəfə bu avtomobilə əyləşib. 

“And içirəm ki, Rusiya Federasiyası prezidenti səlahiyyətlərini həyata keçirərkən insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağam və hörmət edəcəyəm, Rusiya Federasiyası Konstitusiyasına riayət edəcəyəm, dövlətin suverenliyini, müstəqilliyini, təhlükəsizliyini və bütövlüyünü qoruyub, xalqa sədaqətlə qulluq edəcəyəm”, - Putin andiçmə mətnini oxuyub. 

Mərasimdə beş min nəfər iştirak edib. 

Xudaferin.eu

15:07