Prokurorluq müstəqil vəkillərin cəzalandırılmasına təşəbbüs göstərir

 

Baş prokurorun birinci müavini Rüstəm Usubov Vəkillər Kollegiyasına müraciət edərək vəkil Nemət Kərimlinin barəsində tədbir görməyə çağırıb. N.Kərimli bildirib ki, noyabrın 16-da o, Vəkillər Kollegiyasının intizam komissiyasında ifadə verib. R.Usubov N.Kərimlini İnternetdə, sosial şəbəkələrdə "ictimaiyyəti çaşdıran məlumatlar yaymaqda" ittiham edib.

Prokurorluq hesab edir ki, Nemət Kərimli jurnalist Əfqan Kərimlini və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunu (artıq azadlıqdadır) müdafiə edərkən bu işlərlə bağlı ictimaiyyəti çaşdıran bəyanatlar verib. Baş prokurorun müavini konkret faktları açıqlamayıb. Vəkil ətraflı açıqlama verməyərək qeyd edib ki, ittihamçı sübut təqdim etməlidir.

N.Kərimlinin sözlərinə görə, prokurorluq siyasi məhbusları müdafiə edən digər vəkillərin də məsələsinə baxılmasına təşəbbüs göstərib. Xatırladaq ki, bundan öncə tanınmış vəkillər Xalid Bağırov, Elçin Namazov, Aslan İsmayılov, Əlaif Həsənov və digər nüfuzlu vəkillər Vəkillər Kollegiyasından xaric ediliblər.

TURAN İA

 

09:50