Professor Telman Hacıyevin 80 illik yubileyi konsert proqramı ilə qeyd olunub

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar İncəsənət Xadimi, professor Telman Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə xalq artistləri Arif Məlikov, Yusif Axundzadə, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və başqaları çıxış edərək T.Hacıyevi yubiley münasibətilə təbrik edib, ona cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıblar.

Bildirilib ki, Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən sənətkar kamera ansamblı üçün 12 toplu (broşüra) çap edib. Bir çox xarici ölkələrdə qastrollarda solo konsertləri keçirilib. O, klassik, romantik və müasir musiqini, xüsusən Azərbaycan bəstəkarlarının əsərlərini böyük məharətlə ifa edir.

Tədbir Tofiq Bakıxanovun “2 saylı konsert” əsərinin videotəqdimatı ilə davam edib. Xalq artisti Ramiz Məlikaslanovun bədii rəhbər və dirijorluğu ilə Moskva Dövlət Simfonik Orkestrinin ifasında təqdim edilən musiqi əsəri böyük maraqla qarşılanıb. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının rəngarəng musiqi əsərləri səsləndirilib.

Xudaferin.eu

06:36