Prezident səlahiyyətlərini təhvil verir

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəzi prezident səlahiyyətlərinin parlament və hökumətə təhvil verilməsilə bağlı qanun layihəsinə imza atıb.

Ölkənin prezident aparatından verilən məlumata görə, konstitusiya dəyişikliyini nəzərdə tutan və N.Nazarbayev tərəfindən imzalanan qanun layihəsi Qazaxıstan rəsmi qəzetində dərc edildikdən sonra qüvvəyə minmiş sayılacaq.

Xatırladaq ki, Qazaxıstan Milli Məclisi 6 fevralda prezidentin bəzi səlahiyyətlərinin parlament və hökumətə təhvil verilməsini nəzərdə tutan qanun layihəsini qəbul etmişdi. Qanuna görə, prezidentin maliyyə, iqtisadiyyat, dövlət mülkiyyəti və inzibati sahələrdə 23, digər qanunlarla bağlı isə 35 səlahiyyəti parlamentə təhvil veriləcək. Prezident isə ancaq konstitusiyanın qorunması, müdafiə, təhlükəsizlik, xarici və daxili siyasət məsələlərinə görə məsuliyyət daşıyacaq.

Xudaferin.eu
Qazaxstan, “Astana Bürosu” 

11:10