Prezident: Özbəkistanda keçirilən referendum qardaş ölkənin hərtərəfli inkişafı istiqamətində mühüm addımdır

Özbəkistanda keçirilən referendum qardaş ölkənin hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addımdır

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən söyləyib.

Referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edən dövlətimizin başçısı bunu Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimad kimi səciyyələndirib.

Prezident İlham Əliyev özbəkistanlı həmkarı ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.

Xudaferin.eu

16:15