Prezident İlham Əliyev - “sözdən əmələ” prinsipini daim rəhbər tutan Lider
2020-ci ildə xalqımızın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qazanılan Zəfər hər birimizin qürur mənbəyidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovaraq bizə Qələbə sevincini bəxş etdi.
Azərbaycanın qazandığı Zəfərdə dövlət-xalq birliyi, Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna olan inam, son 30 ildə ölkəmizin keçdiyi inkişaf yolu əsas rol oynadı. 44 gün ərzində, sadəcə, müharibə meydanında deyil, həmçinin diplomatik cəbhədə də mübarizə aparan Azərbaycan hər iki döyüşdən qalib çıxdı. Beləliklə, 30 ilə yaxın davam edən münaqişə başa çatmaqla yanaşı, bölgədə yeni reallıqlar yarandı, ərazi bütövlüyümüz birmənalı olaraq bərpa edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.
Deputat bildirib ki, Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələnən Qarabağ Zəfərimiz, sadəcə, bir müharibə deyildi. Azərbaycan burada dünyaya yeni texnologiyalar vasitəsilə aparılan mübarizəni, Şuşanı qayalarla dırmaşaraq düşmənlə əlbəyaxa döyüşlə azad edən Azərbaycan oğullarının qəhrəmanlığını, diplomatiya siyasətimizin gücünü, Müzəffər Ali Baş Komandanın qətiyyətini nümayiş etdirdi. Bu ədaləti 44 gün ərzində bərpa edən Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübuta yetirdi ki, biz haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşurduq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə 28 il düşmən tapdağı altında inləyən Vətən torpaqlarını işğaldan azad etdi.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Vətən üçün ölməyə hazır olan Azərbaycan oğullarının Şuşa uğrunda apardığı döyüş nəinki bizim, dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki Şuşa əməliyyatını bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə həyata keçiriblər. Məhz Şuşa döyüşü İkinci Qarabağ müharibəsinin taleyini həll etdi”, - deyə Ş.Seyidzadə vurğulayıb.
Ermənistanın 30 il ərzində qurduğu, milyonlarla vəsaitin sərf edildiyi nəhəng istehkamların qısa müddətdə darmadağın edildiyini diqqətə çatdıran deputatın qeyd edib ki, Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş strategiyası müasir hərb tarixində yeni nümunə oldu. 2020-ci il noyabrın 8-i Qarabağa qovuşduğumuz tarixi gündür. Bu gün Qarabağ münaqişəsinə “son və nida” qoyulduğu gündür.
“Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini səsləndirən Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də “sözdən əmələ” prinsipinə sadiq qalaraq Azərbaycanın bir qarış torpağının belə düşmənə verilməyəcəyini sübut etdi.

Xudaferin.eu
15:25
Digər xəbərlər