Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var

Siz qeyd etdiyiniz kimi, Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü zamanı söyləyib.

Dövlətimizin başçısı deyib: “Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var”.

Xudaferin.eu

16:00