Prezident İlham Əliyev: Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Xudaferin.eu

16:37